Ryabkov:

Rusiya nüvə anlaşmasının toxunulmaz olması məsələsində İranın kənarındadır

Rusiya nüvə anlaşmasının toxunulmaz olması məsələsində İranın kənarındadır

Rusiya xarici işlər nazirinin müavini nüvə anlaşmasının, barəsində uzun-uzadı müzakirələr və məsləhətləşmələr aparılmış bir anlaşma olduğunu deyərək, Moskvanın nüvə anlaşmasının toxunulmazlığı məsələsində İranın kənarında olduğunu bildirib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çərşənbə günü Tehranda İranın xarici işlər nazirinin müavini Abbas İraqçıilə görüşdə Moskvanın nüvə anlaşmasını himayə etdiyini vurğulayıb və deyib: Nüvə anlaşmasının bəzi tərəfləri bu anlaşmaya hücum edərək, onun icra prosesini çox çətin və yorucu bir mərhələyə sürükləyiblər.

Ryabkov ABŞ-ın nüvə anlaşması qarşısındakı rəftarlarına işarə edərək, deyib: bəzi ölkələr elə qələmə verməyə çalışırlar ki, sanki bu anlaşma onu imzalayan ölkələrdən hansısa birinin maraqlarına ziddir və bu ölkə digərləri üçün möhlət təyin edərək, ya anlaşmaya dəyişikliyin edilməsini, ya da bunun mənfi nəticələri ilə üzləşməyə hazır olmaları barədə xəbərdarlıq edir. Halbuki. Rusiya belə bir rəftara qarşıdır.

Rusiya xarici işlər nazirinin müavini əlavə edib: Nüvə anlaşmasına dəyişikliyin edilməsi mənasız cəhddir və sadəcə anlaşmanın pozulmasına səbəb oalcaq.

İran xarici işlər nazirinin müavini Abbas İraqçı da Sergey Ryabkov ilə görüşünün kənarında jurnalistlərə deyib: Nüvə anlaşması barədə yenidən müzakirənin aparılması, ona dəyişikliyin və ya hansısa əlavənin edilməsi imkanı yoxdur. Nüvə anlaşması dəyişilməz və toxunulmazdır.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İran və Rusiya arasındakı dövrü məsləhətləşmələr çərçivəsində Tehrana səfər edib.
...............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky