İran İslam Respublikası

Ruhani Trampı cavabsız qoymadı: ABŞ-ın nüvə sazişindən çıxmasına şadıq!

Ruhani Trampı cavabsız qoymadı: ABŞ-ın nüvə sazişindən çıxmasına şadıq!

Ruhani: "Nüvə sövdələşməsi beynəlxalq müqavilədir və ABŞ ondan çıxmamalı idi. ABŞ bununla göstərdi ki, onlar beynəlxalq sazişlər üzrə öhdəliklərə riayət etmirlər".

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, əsrimizin bambılısı ABŞ prezidenti Donald Trampın Amerikanın nüvə sazişindən birtərəfli çıxmasının ardınca İran İslam Respublikasının prezidenti Həsən Ruhani ABŞ-ın nüvə sazişindən çıxmasına şad olduğunu bildirib.

Prezident Ruhani Birləşmiş Ştatları problemli tərəfdaş və öz öhdəliklərinə riayət etməyən ölkə adlandırıb.

"İran öz öhdəliklərinə əməl edən, ABŞ isə öhdəliklərinə heç zaman əməl etməyən ölkədir", - deyə o bildirib.

"Nüvə sövdələşməsi beynəlxalq müqavilədir və ABŞ ondan çıxmamalı idi. ABŞ bununla göstərdi ki, onlar beynəlxalq sazişlər üzrə öhdəliklərə riayət etmirlər", - deyə Ruhani bildirib.

Prezident əlavə edib ki, Tehran öz müttəfiqləri ilə nüvə sazişi üzrə işini Vaşinqtonsuz davam etdirəcək. Onun sözlərinə görə, İİR-ın Xarici İşlər Nazirliyi Rusiya, Çin və Avropa dövlətləri ilə məsləhətləşmələr aparacaq.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky