İran İslam Respublikası

Ruhani: İranın Suriyadakı əsas məqsədi İŞİD-ə güclü zərbənin vurulması idi

Ruhani: İranın Suriyadakı əsas məqsədi İŞİD-ə güclü zərbənin vurulması idi

Prezident Ruhani İran İslam Respublikasının Suriyadakı iştirakının əsas məqsədini İŞİD terror qruplaşmasına güclü zərbənin endirilməsi adlandırıb və deyib: İran terrorçuların tam şəkildə məhv olacağı və terrorçuların himayədarları o cümlədən sionist rejimin məyus olacağı zamana kimi Suriyada qalacaq.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Prezident Ruhani İran İslam Respublikasının Suriyadakı iştirakının əsas məqsədini İŞİD terror qruplaşmasına güclü zərbənin endirilməsi adlandırıb və deyib: İran terrorçuların tam şəkildə məhv olacağı və terrorçuların himayədarları o cümlədən sionist rejimin məyus olacağı zamana kimi Suriyada qalacaq.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Vyanada Avstriya kansleri Sebastian Kurtz ilə birgə mətbuat konfransında bəzi Avropa ölkələrinin yəhudilər qarşısında tarixi bir borca malik olduqlarını xatırladıb və deyib: Yəhudilər iranlılara borcludurlar. Çünki, iranlılar Babildə yəhudilərin xilaskarı olublar və buna görə də həmişəlik olaraq iranlılara borcludurlar.

İran prezidenti sionistləri işğalçı dəstə adlandırıb və deyib: Sionistlər Qəzzə sakinlərinin başına bomba yağdırırlar, Suriyanın daxili işlərin müdaxilə edirlər və İŞİD terrorçularını himayə etməklə regionda böyük dağıntılara yol açıblar.

Həsən Ruhani həmçinin, İran və Avstriyanın yekun məqsədini Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizliyin bərqərar edilməsi adlandıırb və deyib: Ümidvaram iki ölkə əlaqələri ikitərəfli maraqların təmini sahəsində inkişaf etsin.

Avstria kansleri Sebastian Kurtz da bu mətbuat konfransında Suriya xalqının drumu ilə bağlı narahatlıq ifadə edib və deyib: Ümidvaram bütün region ölkələri və dünya qüdrətləri Suriya böhranının həll edilməsi və Suriya xalqının ağrı və acılarının sonlandırılmasında üzərlərinə düşən vəzifəyə əməl etsinlər.

Bu gün həmçinin, İran prezidenti və Avstriya kanslerinin iştirakı ilə iki ölkə arasında yüklərin daşınması, su qaynaqlarının idarə olunması, bərpa olunan enerji və mədən əməkdaşlıqları üzrə 4 anlaşma sənədi imzalanıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky