Xocalı Soyqırımı

Qum tələbələri Xocalı faciəsinin 26-cı ildönümünü andılar – Foto

Sonda İlahiyyatçı, alim Nəsimi Əsgərov Xocalıya Ədalət, Erməni İşğalçılarının ciddi cəzalanması mövzusunda Azərbaycanlı tələbələrin qətnaməsini qiraət edib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının müqəddəs Qum şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşları hər il olduğu kimi bu il də Xocalı faciəsi ilə əlaqədar anım mərasimi keçiriblər.

Redaksiyamıza daxil olan məlumata görə, Xocalı Soyqırımının 26-cı ildönümü ilə əlaqədar keçirilən mərasimdə ilk öncə Xocalı Soyqırımı ilə əlaqədar qısa xroniki açıqlama verilib daha sonra Qura Kərim qarisi Kərbəlayi Hafiz qardaşın ifasi ilə Quranın nurani ayələri tilavət olunub.

Daha sonra çıxış üçün söz Kərbəlayi Tohid İbrahimbəyliyə verilib. Şeyx Tohid Xocalı faciəsi barəsində, Azərbaycan cəmiyətində şəhidpərvərlik ruhiyəsinin təbliğinin artmağı zərurəti, və şəhidlik məqamı mövzusunda çıxış edib.

Sonra Əhli Beyt (əleyhimus səlam) məddahı Kərbəlayi Həbib qardaş Kərbəla və Qarabağ şəhidlərinin ruhuna rozə və mərsiyələr oxuyub.

Sonda İlahiyyatçı, alim Nəsimi Əsgərov Xocalıya Ədalət, Erməni İşğalçılarının ciddi cəzalanması mövzusunda Azərbaycanlı tələbələrin qətnaməsini qiraət edib.

Mərasim İmam Zaman əleyhissəlamın zuhuru, Azərbaycan xalqının səadəti və şərlənərək zindanda yatan islamçı alim və ruhanilərin izzətlə azadlıq üçün dualarla tamamlanıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky