Diqqət! Diqqət!

Qum Elmi Hövzəsinin bir qrup Ayatullah və Müəllimləri Seyyid Kəmal Heydərinin azdırıcı fikirlərinə qarşı çıxdılar

Qum Elmi Hövzəsinin bir qrup Ayətullah və Müəllimləri Seyyid Kəmal Heydərinin fikirlərinə qarşı bəyanat veriblər.

Qum Elmi Hövzəsinin bir qrup Ayatullah və Müəllimləri Seyyid Kəmal Heydərinin azdırıcı fikirlərinə qarşı çıxdılar

Biz də, Ali Təqlid ərcələrin tutduqları mövqelərini dəstəkləyir və möminlərdən bu şəxsin və onun kimi elm və əməl cəhətindən yolun azmışların dediklərinə uymamağa çağırırıq. Vəllahu Vəliyyut-tovfiqi vəl Hidayə.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Seyyid Kəmal Heydəriyə nisbət verilən bir sıra azdırıcı sözlər Qum Elmi Hövzəsinin bir qrup Ayətullah və Müəllimlərini onunla mübarizə apararaq möminləri Seyyid Kəmal Heydərinin fikirlərinə uymamaqa çağırış olaraq bəyanat veriblər.

Bəyanatın tam mətni belədir:

 

Bismillahir Rəhmanir Rəhim

Vəs-səlatu vəs-səlamu ələ Seyyidina, Muhəmmədin və alihit-Teyyibinət-tahirin

Əmma bədu, son zamanlar (Seyyid Kəmal Heydəri tərəfindən) məzhəbimizin zəruri məsələlərində fikir və ayrılıqlar peyda olub.

Alimlərin onun fikirlərinə qarşı yazdıqları rəddiyyə və ona verdikləri cavabların heç bir təsiri olmadığı üçün, onun azdırıcı düşüncələrinin qarşısını almaq məqsədilə görülən işlərin faydasız olduğu üçün, digər tərəfdən də, möminlərin onun fikir və əqidəsilə bağlı verdikləri sualların çox olduğunu nəzərə alaraq, Qum Elmi Hövzəsinin başda iki Ali Təqlid Mərcəsi olan Ayətullah Safi Gülpəyqani və Ayətullah Vəhid Xorasani cənablarının bundan öncə Seyyid Kəmal Heydəri kimilərin qarşısında açıq mövqe tutduqları kimi onun da qarşısında mövqe tutaraq öz şəri vəzifələrinə əməl ediblər və məzhəbimizi bidətlərdən qoruyaraq möminəri yollarını azmaqdan saxlayıblar.

Biz də, Ali Təqlid ərcələrin tutduqları mövqelərini dəstəkləyir və möminlərdən bu şəxsin və onun kimi elm və əməl cəhətindən yolun azmışların dediklərinə uymamağa çağırırıq. Vəllahu Vəliyyut-tovfiqi vəl Hidayə.

15 Cəmadi Sani 1439 hicri qəməri tarixi ilə.

Seyyid Əli Rza Hairi, Seyyid Hüseyn Hüseyni Şahrudi, Seyyid Əli Huseyni Milani, Muhəmməd Təqi Şəhidi, Nəcmuddin Təbəsi, Seyyid Muhəmməd Cəvad Ələvi Brucerdi, Seyyid Muhəmməd Ğərəvi, Muhəmməd Cavad Fazil Lənkərani, Möhsin Fəqihi, Əli Kurani Amili, Məhdi Gənci, Seyyid Muhəmməd Yəsribi Kaşani, Məhdi Hadəvi Tehrani.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky