Ruhani:

Qaşıqçının qətli insan haqları iddiaçıları üçün böyük bir sınaqdır

Qaşıqçının qətli insan haqları iddiaçıları üçün böyük bir sınaqdır

İran İslam Respublikası prezidenti ərəbistanlı jurnalist Camal Qaşıqçının İstanbulda Ərəbistanın Baş Konsulluğunda qətlə yetirilməsini qınayaraq, dünya ölkələrinin bu hadisə qarşısındakı rəftarını insan haqları iddiaçıları xüsusilə Amerika və Avropa üçün bir sınaq adlandırıb.

İran İslam Repsublikası prezidenti Həsən Ruhani çərşənbə günü Nazirlər Kabinetinin iclasında etdiyi çııxşında Camal Qaşıqçının qətlə yetirilməsini çox dəhşətli hadisə adlandırıb və deyib: ABŞ-ın dəstəyi olmadan heç bir ölkə belə bir cinayətə cürət etməz.

Ruhani əlavə edib: Belə bir cinayətə yol vermək səhv bir düşüncənin necə yanlışlığa səbəb olduğunu nümayiş etdirir və regionda İŞİD kimi terrorçu qrupların formalaşmsına səbəb olan da elə bu düşüncədir.

İran prezidenti Türkiyə hökumətindən Camal Qaşıqçının qətli barədə şəffaf və müstəqil araşdırmalar aparmasını istəyərək, deyib: Ümidvaram dünya ölkələri və xalqları mövcud reallığı mümkün olan ən yaxşı formada hiss etsinlər. Bu, həmin cinayətkarların pulları hesabına bu gün təzyiq altında olan Yəmən, İraq, Suriya və Əfqanıstan xalqlarının məzlumluğunu dərk etmək üçün yaxşı fürsətdir.

Ruhani həmçinin, Ərəbistanın Yəmənə olan hücumlarına və ABŞ-ın Ali-Səudun cinayətlərini dəstəkləməsinə işarə edərək, deyib: Yəmən xalqının artıq bir neçə ildir ki, bombardmanlara məruz qalmasına baxmayaraq, dünya bu cinayət qarşısında sükut edir.

İran prezidenti daha sonra ABŞ-ın İran xalqına qarşı sanksiyalarına işarə edib və deyib: İran xalqı həmişə qalib olub və heç şübhəsiz bu dəfə də qəti qələbə çalacaq.

Ruhani sonda Ərbəin yürüşünün əhəmiyyətinə təkid edərək, İraq xalqı və dövlətinə Ərbəin zəvvarlarını yüksək səviyyədə qarşıladıqları üçün təşəkkür edib.


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky