İslam İnqilabının Böyük Rəhbəri:

Parlament terrorizm və çirkli pullar ilə mübarizədə müstəqil şəkildə qanun qəbul etsin

Parlament terrorizm və çirkli pullar ilə mübarizədə müstəqil şəkildə qanun qəbul etsin

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: İgid, yetişkən və ağıllı olan İran İslam Şurası Məclisi terrorizm yaxud çirkli pullar ilə mübarizə kimi mövzularda qanun qəbul etməlidir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu gün səhər İslam Şurası Məclisinin sədri və nümayəndələrindən ibarət bir heyətlə görüşündə bəzi beynəlxalq konvensiyalar və müahidələrlə düzgün qarşılaşma yollarını açıqlayarkən bildiriblər: Bu müahidələr ilk öncə super güclərin düşüncə otaqlarında, onların mənafeləri və məsləhətlərinin təmini istiqamətində bişirilir və sonra onlarla eyni istiqamətdə olan, onların ardınca gedən yaxud da onlardan qorxan dövlətlərin qoşulması ilə beynəlxalq görüntüyə malik olur, belə ki, İran kimi müstəqil bir ölkə onlarla razılaşmasa, ona kəskin hücum edir və misal üçün " 150 ölkə qəbul edib, sən niyə rədd edirsən?"-deyirlər.

İslam İnqilabının Böyük Rəhbəri beynəlxalq zorakıların zati xəbisliklərinin gün-gündən daha çox aşkar olduğuna toxunaraq bildiriblər: Amerikada minlərlə övladın analarından ayrılması görüntülərini müşahidə etmək insanın taqətini qırır, amma amerikalılar tam xəbisliklə övladları miqrant valideynlərdən ayırırlar.

O həzrət bir neçə müasir silaha malik ölkənin məzlum Yəmən xalqının əlindən bir limanı çıxarmaq sahəsindəki qanlı və cinayətkar hücumlarının dünyanın zorakılarının xəbis zatının başqa nümunəsi olduğunu bildirərək deyiblər: Bu bəşəriyyət düşmənləri İran xalqının müqavimətinə və ədalətsevərliyinə görə, İslam Respublikası ilə düşmənçilik edirlər, amma İran xalqı Allahın fəzli ilə daxili möhkəmliyi qoruyaraq, Amerika və digər düşmənlərə qalib gələcək.

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Quranın buyurduğuna görə, bu cinayətkarların heç bir əhdi-peymanı etimad ediləsi deyil və bu həqiqəti İran xalqı bu gün açıq-aydın şəkildə görür.

Həzrət Ayətullahül-üzma Xamenei qərbin həyat tərzinin ailənin həqiqi mənası ilə təzad təşkil etdiyini və əlacsız problemlərə gətirib çıxartdığını bildirərək xatırladıblar: İranlı ailələrin problemlərinin həlli üçün qanunvericilikdə, qərblilərin qadın, övlad, ata və anaya baxışı əsas götürülməməlidir.

İslam İnqilabının Böyük Rəhbəri çıxışının sonunda bildiriblər: İran xalqının düşmənləri sözün əsl mənasında bacalan və zorakıdırlar və tam bəllidir ki, İran quruluşu, xalqı və rəhbərləri heç bir bacalma və zorakılığa təslim olmayacaqlar.
............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky