İran İslam Respublikasının Xəbərləri

Müqəddəs Qum şəhərinin əhalisi 13 Aban mitinqində “Ölüm Olsun Amerikaya!” şüarlarını səsləndirdilər- Foto

  • News Code : 864609
  • Source : ABNA – Xəbər Agentliyi
Bir qrup tələbə heç bir dövlət rəsmisi ilə sövdələşmədən Amerika Birləşmiş Ştatlarının Tehrandakı casusluq yuvasına - səfirliyinə hücum edərək səfirlik işçilərini girov tutdular və sonra ələ keçən minlərlə sənədlərdən məlum oldu ki, bütün düşmənçiliklərin əsas mənşəyi bu səfirlik imiş.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün səhər yerli vaxtla saat 10:00-da İran İslam Respublikasının bütün şəhərlərində olduğu kimi müqəddəs Qum şəhərində də, 13 Aban mintinqi qeyd edilib.

Mitinqə xeyli sayda ictimaiyyətin müxtəlif sinif nümayəndələri qatılıblar. Mitinq iştirakçıları Həzrət Məsumənin (səlamullahı əleyha) Hərəminin İmam Rza (əleyhi səlam) adına səhnində toplaşaraq bəyanat oxuyublar.

Qeyd edək ki, 13 Aban İran İslam respublikasında “Dünya İmperializminə Qarşı Milli Mübarizə və Şagird Günü” kimi qeyd edilir. Və bu ona görədir ki, 1979-cu ildə mərhum İmam Xomeyni cənablarının apardığı 15 illik mübarizəsi nəticəsində İranda 2500 illik Pəhləvi padşahlıq sülaləsinə son qoyularaq İslam İnqilabı qələbə çaldı. Bir il sonra isə, yeni doğulmuş İran İslam Respublikası xarici və daxili düşmənlərin kəskin hiylə, propaqanda və düşmənçiliklərinə məruz qalmağa başladı. Bunu tam vücudları ilə dərk edən bir qrup tələbə heç bir dövlət rəsmisi ilə sövdələşmədən Amerika Birləşmiş Ştatlarının Tehrandakı casusluq yuvasına - səfirliyinə hücum edərək səfirlik işçilərini girov tutdular və sonra ələ keçən minlərlə sənədlərdən məlum oldu ki, bütün düşmənçiliklərin əsas mənşəyi bu səfirlik imiş. Bu xəbəri duyan mərhum İmam Xomeyni cənabları tələbələrin addımını zamanında və yerindəcə atılan doğru addım adlandıraraq tələbələrin bu işini İkinci İnqilab adlandırmışdır.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky