Qanlı Qara Yanvar

Müqədəs Qum şəhərində Qara Yanvar hadisəsi yad edildi – Foto + Video

Azərbaycan xalqının oyanışında əsas faktorun din olduğunu vurğulayaraq Amerika və avropalı təhlilçilərdən buna sitatlar gətirən Orxan Məmmədov nədən isə, kimlər tərəfindənsə bu faktorun yaddaşlardan silinməsinə cəhd etdiklərini vurğulayıb...


Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qanlı 20 Yanvar hadisəsi Azərbaycan xalqının müstəqilliyini ələ gətirməsində əsas faktor kimi dəyərləndirildiyi kimi eləcə də, bu unudulmaz hadisə tarixin qan yaddaşına əbədi həkk olmuşdur...

Qara Yanvar hadisəsi ilə əlaqədar İran İslam Respublikasının Müqədəs Qum şəhərində Elmi Hövzədə təhsil alan Azərbaycan tələbələri əl Mustafa (ə) adına universitetin İmam Xomeyni adına binasında, Şəhid Sədr ictimai salonunda anım mərasimi keçiriblər.

Beynəlxalq Quran Qarisi Kərbəlayi Anar Məmmədovun ifası ilə Qurani Kərimin nurani ayələri tilavət olunan mərasimdə Qanlı Yanvar hadisəsinin tarixi baxımdan sil-siləvari olaraq necə baş verdiyi haqda verilən izahatdan sonra 20 Yanvar hadisəsi ilə əlaqədar xroniki film verilib.

Daha sonra çıxış üçün söz Kərbəlayi Orxan Məmmədova verilib. O, Azərbaycan xalqının oyanışında əsas faktorun din olduğunu vurğulayaraq Amerika və avropalı təhlilçilərdən buna sitatlar gətirərək nədən isə, kimlər tərəfindənsə bu faktorun yaddaşlardan silinməsinə cəhd etdiklərini vurğulayıb...

Sonra Əhli Beyt (əleyhimus səlam) şairi Hacı Rövşən 20 Yanvar Şəhidlərinə ithaf etdiyi Şəhidlər şerini oxuyub.

Sonda Hacı Nəsimi Əskərov tələbələr adından BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına müraciət edərək Bəyanat veriblər.

Şəhidlərin ruhlarına Quran sürələri oxunub və salavatlar göndərilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky