İran İslam Respublikası

İsrail rejiminin ən kiçik bir səhv etməsilə Tel-Əvivin yerlə-yeksan olacaq! - Möhsün Rizai

İsrail rejiminin ən kiçik bir səhv etməsilə Tel-Əvivin yerlə-yeksan olacaq! - Möhsün Rizai

Möhsün Rizai: “ABŞ və İsrail rejiminin rəhbərləri İranı və Müqavimətin gücünü bilmirlər”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Siyasi Məsləhət Şurasının katibi Möhsün Rizai, sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahunun İrana qarşı təhdidlərinin puç olduğunu deyərək, İsrail rejiminin ən kiçik bir səhv etməsilə Tel-Əvivin yerlə-yeksan olacağını bildirib.

Möhsün Rizai Əl-Mənar televiziyasına verdiyi açıqlamasında, Netanyahunun göstərdiyi tamaşanı, uşaq oyunu qədər dəyərsiz bir şou kimi qiymətləndirərək belə deyib: “ABŞ və İsrail rejiminin rəhbərləri İranı və müqavimətin gücünü bilmirlər”.

Suriya tərəfindən İsrail rejiminin F-16 qırıcısının vurulmasına da toxunan M.Rizai, bunun Suriya ordusunun öz ayaqları üzərində dayandığını və müqavimətin də inkişaf etdiyini göstərdiyini söyləyib.

M.Rizai sözlərinin davamında ABŞ-ın səfirliyini Tel-Əvivdən Qüdsə köçürməsi qərarının Fələstin müqavimət qüvvələrini bir-birinə yaxınlaşdırdığını vurğulayıb.

İran İslam Respublikasının Siyasi Məsləhət Şurasının katibi Səudiyyə rejiminin xarici işlər naziri Adil Əl-Cubeyirin İİR barəsindəki iddialarına belə münasibət bildirib: “Cubeyrə Səudiyyənin daxili vəziyyətini tənzimləməsini və Yəmən, Qətər və Bəhreyndəki rəzilliklərini həll etməsini tövsiyə edirəm”.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky