General Soleymani:

İraq Kürdüstanındakı hazırkı böhran Talibani şəxsiyyətinin boşluğundan qaynaqlanır

  • News Code : 859611
  • Source : Sahar TV
Brief

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı vurğulayıb: İraq Kürdüstanındakı hazırkı böhran İraqın keçmiş prezidenti Cəlal Talibaninin şəxsiyyətinin mövcudluğu boşluğundan qaynaqlanır.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani Cəlal Talibaninin vəfatı münasibətilə verdiyi başsağlığı müraciətində İraqın keçmiş prezidentinin vəfat etməsindən təəssüflənərək, yazıb: Talibani böyük bir şəxsiyyət idi və daim İraqın istiqlaliyyəti və birliyini nəzərdə saxlayırdı. O, bu qənaətdə idi ki, bütün iraqlı etnoslar və məzhəblərin hüquqları vahid bir ölkə formasında əsas qanunda nəzərdə tutulmalı və yerləşdirilməlidir.

General Soleymani əlavə edib: Talibani öz strategiyasında İslam dünyasını bu strategiyanın sığınacağı və İran İslam Respublikası xüsusiyyət təşkil etməklə qonşu ölkələri də bu strategiyanın dərinliyi hesab edirdi, buna görə, bütün çəkişmələr və böhranlarda bu iki cəhət, onun nəzərdə tutduğu keçilməz qırmızı xətt sayılırdı və o, bunu qoruyub saxlayırdı.

Cəlal Talibani uzun sürən xəstəlikdən sonra 2017-ci il oktyabrın üçündə səksən dörd yaşında Almaniyada vəfat etdi.
...........
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky