İranlı rəsmi Azərbaycan R-nın birinci vitse-prezidentilə görüşüb

İranlı rəsmi Azərbaycan R-nın birinci vitse-prezidentilə görüşüb

İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Bakıya səfərinin davamında Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva ilə də görüşüb.

Bu görüşdə tərəflər iki ölkə xalqları arasındakı mədəni və tarixi ortaqlıqları müxtəlif sahələrdə əlaqələrin daha da genişlənməsi və anlaşma üçün münasib imkan adlandırıblar.

İki tərəf həmçinin çoxlu ortaqlıqların kənarında iki ölkə prezidentlərinin əlaqələrin genişləndirilməsindəki siyasi əzmakarlığını də qeyd edib. Onlar iki ölkə prezidentlərinin ötən dörd ildə on dəfə görüşmələrini ikitərəfli həmkarlıqların inkişafının əhəmiyyətinin göstəricisi adlandırıblar.

Bu görüşdə xanım Mehriban Əliyeva bildirib ki, bu gün İran mədəniyyəti müxtəlif sahələrdə, xüsusən kino sahəsində özünəməxsus yerə malikdir. O, bu gündən başlanacaq Bakıda İran İslam Respublikasının Film Həftəsinin keçirilməsindən şad olduğunu bildirib.

O, deyib: Dini və məzhəbi bəhslərdən düzgün dərkin olmaması bəzi yanlış təfəkkürlərin inkişafına bais olub; hazırda İslamın adı altında qırğın və terrorun şahidiyik və bu sahədə insanları həqiqi İslamın düzgün təfəkkürlərilə tanış etməliyik ki, xalqlar arasında sülh bərqərar olmuş olsun.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti ötən ilin yayında İranda Azərbaycan Respublikasının və gələn ilin yayında Azərbaycan Respublikasında İran İslam Respublikasının mədəniyyət həftəsinin keçirilməsinə işarə edərək, ölkəsinin bu həftəni ən yaxşı şəkildə keçirməyə hazır olduğunu bildirib.

O, 2025-ci ildə Azərbaycan Respublikasında EKSPO ilinin təşkilindən xəbər verərək, əlavə edib: Bu sahədə İrandan da yardım istənilibdir.

Xanım Mehriban Əliyeva 2018-ci ildə Təbrizin İslam dünyasının turizm paytaxtı, Naxçıvanın da İslam dünyasının mədəniyyət paytaxtı adlandırılmasına işarə edərək, bu sahədə müştərək mədəni tədbirlərin keçirilməsi və icrasını alqışlayıbdır.
..............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky