İranın şimal-qərbində bir terror dəstəsi yaxalanıb

İranın şimal-qərbində bir terror dəstəsi yaxalanıb

İran İslam Respublikası Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Şöbəsi bir məlumatda Qərbi Azərbaycan ostanında Piranşəhrdə bir terror dəstəsi ilə toqquşmanın baş verdiyini və bu dəstə üzvlərinin yaxalandığını bildirib.

İranın Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Şöbəsinin məlumatında bildirilir: Son iğtişaşları davam etdirmək məqsədilə partlayış və günahsız vətəndaşları qətlə yetirmək tapşırığı ilə İrana daxil olan bir terror dəstəsi Piranşəhrdə təhlükəsizlik aparatının nəzarətində saxlanılıb. Toqquşma zamanı terrorçular bir kənd qadınından sipər kimi istifadə edərək ezam olunan məmurlara doğru atəş açıblar. Nəticədə üç təhlükəsizlik məmuru şəhid olub.

İranın Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Şöbəsi bildirib: Bu toqquşmada terrorçulardan biri öldürülüb və bir neçə nəfər də yaralanıb.

İranın Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Şöbəsinin məlumatına görə, 5 ədəd kalaşnikov tipli silah və onun dağarcığı, 4 ədəd əl qumbarası, hərbi geyim, hərbi təchizatlı bağlama, iğtişaş və destabillik yaratmaq üçün lazımi məlumatlar olan yaddaş dəftərçəsi aşkarlanıb və götürülüb.

Ötən həftə cümə axşamı günündən İranın bir neçə şəhərində bəzi sakinlər aksiyalar keçirməklə və şüarlar verməklə maliyyə müəssisələrinin iflasa uğrayanlarının vəziyyətinin müəyyənləşməməsi, bəzi məhsulların bahalaşması və hökumətin nəzarətinin zəifliyinə etiraz ediblər. Lakin ABŞ və qərbin dəstəklədiyi iğtişaşçılar və təxribatçılar vətəndaşların dinc etirazlarını iğtişaşlara sürükləyiblər.
................
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky