İnqilab Rəhbəri:

İranın məsul orqanları cinayətkarları təqib edərək, məhkəməyə versinlər

İranın məsul orqanları cinayətkarları təqib edərək, məhkəməyə versinlər

İslam İnqilabının Böyük Rəhbəri bu gün İran əhalisindən bir qrupunun şəhid olması və yaralanması ilə nəticələnən Əhvazdakı terror hadisəsinin ardınca bir müraciətdə bu kədərli və təəssüf doğuran hadisə şəhidlərinin ailələrinə başsağlığı verərək, vurğulayıblar: Məsul təhlükəsizlik orqanları sürət və diqqətlə cinayətkarları təqib edərək, onları ölkənin qüdrətli məhkəməsinin əlinə verməyə borcludurlar.

Həzrəti Ayətullahuluzma Xamenei bu müraciətdə bu terror hadisəsi şəhidlərinin ailələrinin kədəri ilə bölüşərək, onlar üçün səbir və ilahi asayiş, şəhidlər üçün isə yüksək dərəcələr diləyərək, vurğulayıblar: Əhvazda İran xalqından bir qrupunun muzdur terrorçular tərəfindən şəhid edilməsi kimi kədərli və təəssüfləndirici hadisə bir daha İran xalqının düşmənlərinin rəhimsizliyi və xəbisliyini üzə çıxardı.

Həzrəti Ayətullahuluzma Xamenei əlavə ediblər: Qadına, uşağa və günahsız əhaliyə atəş açan bu daşürək muzdurlar, durmadan insan haqlarından dəm vuran və küdurətli ürəkləri İranın silahlı qüvvələrinin nümayişində milli qüdrətin təzahürünə dözə bilməyən məhz həmin yalançı və riyakar iddiaçılara tabedirlər.

İslam İnqilabının Böyük Rəhbəri söyləyiblər: Bunların cinayətləri Amerikanın regionda yerləşdirdiyi dövlətlərin fitnələrinin davamıdır ki, öz hədəflərini İranda əmin-amansızlıq yaratmaqda qərar veriblər və onların açığına İran xalqı öz şərəfli və iftixarlı yolunu davam etdirəcək və keçmişdəki kimi bütün düşmənçiliklərə qalib gələcəkdir.
..............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky