İranın ABŞ-a qarşı şikayəti üzrə ilk iclas başa çatıb

İranın ABŞ-a qarşı şikayəti üzrə ilk iclas başa çatıb

Haaqada Beynəlxalq Ədalət Məhkəməsində sanksiyaların geri qaytarılması və iki ölkə arasında dostluq, iqtisadi əlaqələr və konsulluq hüquqlarının pozulmasına görə, İranın Amerikaya qarşı şikayətinin dinlənilməsinin birinci dövrünün birinci iclası başa çatıb.

Amerikaya qarşı şikayətini irəli sürməsi üçün İranın birinci fürsəti olan bugünkü iclasda iranlı heyətin sədri Mohsen Mohebbi və heyətin digər üzvləri üç saat ərzində İranın şikayətini irəli sürərək, ABŞ-ın qanuna zidd hərəkətlərinin texniki və hüquqi detallarını və onun ikitərəfli dostluq müqaviləsinə zidd olduğunı açıqlayıblar. Mohebbi vurğulayıb ki, İran ilə Amerika arasında 1955-ci il dostluq, iqtisadi əlaqələr və konsulluq hüquqları müqaviləsində məhkəmənin səlahiyyəti qeyd olunub və mayın 8-də Amerikanın İranın 5+1 qrupu ilə nüvə anlaşmasından çıxması ilə elan olunan ABŞ sanksiyalarının bərpa edilməsi İran iqtisadiyyatına zərbə vurmaq məqsədini güdərək, bu müqavilənin birbaşa şəkildə pozulması deməkdir.

İran nümayəndəsinin sözlərinə görə, Amerikanın hazırkı və gələcək sanksiyaları İranda əmtəə mallarının bahalaşmasına və iranlıların işsizliyinə bais olub və İran iqtisadiyyatı və valyutasını dağıtmaqdadır və bu, İran-Amerika dostluq müqaviləsinin birbaşa surətdə pozulması deməkdir.

Mohebbi deyib: Amerikanın rəftarı beynəlxalq qanunların əsasını xətərə salıb və regionda gərginliyin artırıbdır. O, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi tərəfindən də təsdiq olunan nüvə anlaşmasına işarə edərək, onun ölkə üçün, həmçinin xarici tərəflərlə ticarət əlaqələrinin bərqərarı, eləcə də İranın iqtisadi durumunun yaxşılaşdırılması üçün olan iqtisadi məziyyətlərindən danışıb və İranın Ceneral Elektrik və Boeing kimi amerikan şirkətlərlə müqavilələrini sadalayıbdır. İran nümayəndəsinin sözlərinə görə, Amerikanın yeni dövləti İrana qarşı əsassız iddialar irəli sürüb və nüvə anlaşması çərçivəsindəki bəzi öhdəliklərinə əməl etməkdən çəkinibdir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə anlaşmasındakı öhdəliklərnə sadiq qalmasına dair bəyanatları ilə təzad təşkil edir.

Məhkəmə sabah davam etdiriləcək.

Beynəlxalq Ədalət Məhkəməsində İranın şikayətinini dörd gün araşdırılmasından sonra BMT-nin bu məhkəmə orqanı bir ay ərzində öz qərarını verəcəkdir.
............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky