İnqilab Rəhbəri:

İran xalqının məğlubedilməzliyi müraciətini dünya xalqlarına çatdıraq

İran xalqının məğlubedilməzliyi müraciətini dünya xalqlarına çatdıraq

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Yazılı əsərlərin tərcüməsi hərəkatını yaradıb, Müqəddəs Müdafiə filmləri və sənət əsərlərini ixrac etməklə İran xalqının məğlubedilməzliyi , həmçinin iman və mübarizə ruhu müraciətini dünya xalqlarına çatdırmalıyıq.

Həzrət Ayətullahuluzma Xamenei dünən axşam bir qrup komandan, döyüşçü, müharibə fədakarı və incəsənət xadimi ilə görüşdə Müqəddəs Müdafiə dövrünün hegemonçuluq dünyasında qüdrət parametrlərinin vəziyyətini göstərdiyini bildirib və belə deyiblər: Müqəddəs Müdafiə döyüşçüləri öz hərəkətləri ilə o zamanın mənəviyyat və insafdan uzaq, zülm və vəhşilik dünyasının real təsvirini qeydə aldılar ki, bu təsvir dünya xalqlarına da təqdim olunmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri İran xalqının təcavüzkar bəəsçi düşmən qarşısındakı qeyri-bərabər şəraitindən nümunələrə toxunaraq, belə qeyd ediblər: Müqəddəs Müdafiə dövründə İran xalqına minimum imkan və təchizatlardan və hətta tikanlı məftillərdən belə istifadəyə icazənin verilmədiyi halda, qarşı tərəfə ən modern hərbi təchizatlar və hətta kimyəvi silahlar verirdilər.

Həzrət Ayətullahuluzma Xamenei əlavə edib: Bu gün kimyəvi silah töhməti üçün qalmaqalın qopduğu bir halda, elə bu qərbli ölkələr icbari müharibə dövründə Səddam rejiminə kimyəvi silah verdilər ki, nəinki müharibə cəbhələrində, həm də Sərdəşt kimi şəhərlərdə belə istifadə etsin.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İran İslam Respublikası o dövrdə nəinki iqtisadi və siyasi sanksiyalara məruz qalmışdı, həm də təbliğat baxımından da sanksiya edilmişdi; İran xalqının səsi eşidilmirdi və sionistlərin hökmranlığı altında olan dünya mediaları əllərindən gələni bu xalqa qarşı təbliğ edirdilər.

Həzrət Ayətullahuluzma Xamenei Fransa və Almaniyanın Səddam rejiminə göstərdikləri silah köməklərinə işarə edərək, əlavə ediblər: Nə üçün Fransa və Almaniya xalqları bilməməlidirlər ki, onların dövlətləri həmin səkkiz ildə İran xalqı ilə nə ediblər? Dünya hazırda hegemonçuluq sistemi barədə İran xalqının yanında mövcud olan şəffaf və rüsvayedici təsviri görmür.

İslam İnqilabının Böyük Rəhbəri Müqəddəs Müdafiə dövrü məsələlərinin dərinliyi və önəminə toxunaraq, vurğulayıblar: Qərb festivallarında Müqəddəs Müdafiə filmlərindən aşağı olan iranlı filmlər peşəkar keyfiyyətlə göstərirlir, amma Müqəddəs Müdafiə filmlərini göstərməkdən qorxurlar, zira bu filmlər hegemonçuluq dünyasındakı qüdrət parametrləri barədə ifşaedici bir təsvirdir.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: İnqilabın əvvəllərində və Müqəddəs Müdafiə dövründə zalım qüvvələrin inqilab fidanının kökünü kəsmək üzrə planlarının məğlub olduğu və onların geri oturmağa məcbur olduqları kimi hazırda da Allah-Taalaya təvəkkül etmək, həmçinin ciddi-cəhd və hərəkətlə bu planı pozmaq olar.

.....................

300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky