Allah Ordusnun Naliyyətləri

İran İslam Respublikası ordusunun dəniz qoşunlarının doqquz yeni nailiyyəti təqdim olunub – Foto

  • News Code : 869962
  • Source : ABNA – Xəbər Agentliyi
Komandan kontr-admiral Hüseyn Xanzadinin iştirakı ilə keçirilən sərgidə “Mirsad” yüngül sualtı torpedalar üzrə sınaq sistemi, rəqəmsal avtopilot, torpedaların yanma mühərrikinin yerli yanacağı, “Dəmavənd” uzaq məsafədən idarə oluna bilinən sərnişinsiz qayıq, “Fars Körfəzi” qərbi Asiya üzrə ən böyük təlim gəmisi, nano örtüklər, Rəd raketi üzrə sınaq sistemi, Makran avtomobili və döyüş oyunu simulyatoru nümaiş etdirilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün İran İslam Respublikası ordusunun dəniz qoşunlarının “Tədqiqat və Özünəkifayətlənmə Cihad Təşkilatı”nda daxili mütəxəssislər tərəfindən konstruksiya edilərək, düzəldilmiş bu qoşunların doqquz yeni nailiyyəti təqdim olunub.

Komandan kontr-admiral Hüseyn Xanzadinin iştirakı ilə keçirilən sərgidə “Mirsad” yüngül sualtı torpedalar üzrə sınaq sistemi, rəqəmsal avtopilot, torpedaların yanma mühərrikinin yerli yanacağı, “Dəmavənd” uzaq məsafədən idarə oluna bilinən sərnişinsiz qayıq, “Fars Körfəzi” qərbi Asiya üzrə ən böyük təlim gəmisi, nano örtüklər, Rəd raketi üzrə sınaq sistemi, Makran avtomobili və döyüş oyunu simulyatoru nümaiş etdirilib.

Xatırladaq ki, Noyabrın 28-i, "Peykan" raketatma freqatı personalının qəhrəmanlıqlarının ildönümü günü və İran İslam Respublikası ordusunun dəniz qoşunları günü adlandırılıbdır.

Belə bir gündə "Peykan" raketatma freqatının üzvləri "Mirvari" əməliyyatında İraqın Əlbəkr və Əlamiyyə neft ixracatı terminallarına qarşı yaddaqalan qəhrəmanlıq göstərərək, bu terminalların üçdə ikisindən çoxunu məhv etdi və İran İslam Respublikası bayrağını həmin terminalların ən yüksək qülləsində dalğalandırdılar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky