Qardaşlıq Əlaqələri

İran İslam Respublikası Omana hərbi gəmilərini göndərdi

Gəmilər Omandan Ədən körfəzinə və Hind okeanının şimalındakı beynəlxalq sularla hərəkət edəcək.

İran İslam Respublikası Omana hərbi gəmilərini göndərdi

İran İslam Respublikasının mediası körfəz ölkələri ilə Qətər arasında baş verən gərginlik səbəbilə Tehrandan Omana 2 döyüş gəmisi göndərdiyini xəbər verib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran İslam Respublikasının mediası körfəz ölkələri ilə Qətər arasında baş verən gərginlik səbəbilə Tehrandan Omana 2 döyüş gəmisi göndərdiyini xəbər verib.

Buşəhr və Əlborz esmineslərindən ibarət 47-ci donanma Bəndər Abbas limanından Omana doğru yola çıxıb.

Gəmilər Omandan Ədən körfəzinə və Hind okeanının şimalındakı beynəlxalq sularla hərəkət edəcək.

Farsnews-a danışan donanma komandanı vitse-admiral Həbibullah Sayyari belə deyib: "Bu gün Ədən körfəzində nəzarət altında saxlanılan təhlükəli bir atmosfer mövcuddur. 4 mindən artıq neft tankeri və yük gəmisinin neft və qeyri-neft idxal və ixrac fəaliyyəti üçün təhlükəsiz keçidini müşayiət etdik".

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky