General Süleymani:

İran ilə müharibəyə başlamaq ABŞ-ın məhvi deməkdir

İran ilə müharibəyə başlamaq ABŞ-ın məhvi deməkdir

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds qoşunları komandanı ABŞ prezidenti Donald Trampın İran İslam Respublikası əleyhinə son təhdidlərinə işarə edərək, deyib: İran ilə müharibəyə başlamaq ABŞ-ın bütün imkanlarının məhv olması mənasındadır və ABŞ-ın başladacağı savaşın sonunu İran təyin edəcək.

General-mayor Qasım Süleymani cümə axşamı İranın qərbində, Həmədan şəhərində keçirilən bir mərasimdə ABŞ prezidenti Donald Trampın İranı təhdid etdiyi son "tvitt"inə işarə edərək, deyib: Qumarxana və kabara ədəbiyyatına malik olan Trampa cavab vermək İran İslam Respublikası prezidentinə yaraşmaz. 

Sepah-ın Qüds batalyonu komandanı daha sonra ABŞ prezidentinə xitabən deyib: İranı dünyada misli görünməmiş hərəkətlərlə təhdid edirsiniz. Amma, yaxşı olar ki, ordu komandanlarından, siyasətçilərindən və təhlükəsizlik təşkilatlarınızın başçılarından ötən illərdə nə edə bildiklərini soruşasan. 

Qasım Süleymani ABŞ-ın Əfqanıstandakı cinayətlərinə işarə edərək, əlavə edib: ABŞ 110 min hərbçi, minlərlə tank və döyüş maşını, hərbi təchizatlar, yüzlərlə qırıcı və modern helikopter ilə o qədər də geniş imkanlara malik olmayan Taliblər qruplaşmasına qarşı savaş elan etdiyi zaman da heç bir iş görə bilməmişdi. 

Q.Süleymani ABŞ komandanlarından birinin 2011-ci ildə İrandan ABŞ hərbçilərinin İraqdan çıxarılması üçün amerikalılara fürsət verilməsini istəməsinə işarə edərək, deyib: Amerikalılar İraqda hətta, orta əsrlərdə belə misli görünməyən ən dəhşətli cinayətlərə yol verdilər. Tank ilə insanların evlərinə daxil oldular. Evdəki insanları əzib keçdilər. Əbu Qurəyb zindanında faciələr törətdilər. Bütün bunlar sonsuza kimi amerikalıların adına qara ləkə olaraq qalacaq. 

General Süleymani ABŞ-ın 33 günlük müharibədə İsrail rejiminə olan bütün yardımlarının nəticəsiz qalmasına və Livan Hizbullahının bu savaşda qələbə çalmasına habelə, 2 trilyon dollarlıq maliyyə dəstəyi və Ərəbistan ilə Birləşmiş Ərəb Əmirliklərinin iştirakı ilə Yəmən müharibəsinin başladılmasına işarə edib və deyib: Amerika elə bir şəraitdə İranı təhdid edir ki, öz rəftarları ilə Qırmızı dənizi gərginliyə sürükləyib və uzun illət tam təhlükəsizliyə malik olan Ərəbistanı indi hücumların hədəfinə çevirib. 

O, daha sonra ABŞ prezidentinə xitabən deyib: İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds qoşunları təklikdə sizin öhdənizdən gələ bilər və İran İslam Respublikası Silahlı Qüvvələrinin məsələyə müdaxilə etməsinə ehtiyac yoxdur. 

Qasım Süleymani sonda deyib: Təsəvvür etmədiyiniz yerlərdə belə biz varıq. Çünki, iranlılar şəhadət xalqıdır və çox çətin hadisələri təcrübə edib.


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky