Xoşru:

İran Əfqanıstanda sabitliyin bərqərar edilməsi üzrə istənilən səyi dəstəkləyir

İran Əfqanıstanda sabitliyin bərqərar edilməsi üzrə istənilən səyi dəstəkləyir

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əfqanıstanda təhlükəsizliyin iqtisadi və ictimai inkişaf ilə əlaqəli olduğunu deyərək, əlavə edib: İran Əfqanıstanın inkişafı və təhlükəsizliyi üzrə istənilən səy və layihəni himayə edir.

nın verdiyi məlumata görə, Qulaməli Xoşru çərşənbə axşamı BMT-nin Təhlükəsizlik Şurasının Əfqanıstan mövzusuna dair iclasında deyib: Təəssüflər olsun ki, təhlükəsizlik məsələsi hələ də Əfqanıstanın ən ciddi problemi olaraq qalmaqdadır və Əfqanıstanda təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması bu ölkənin iqtisadi və ictimai baxımdan uzunmüddətli inkişafının başlıca şərtidir. Bu problemi həll etmək üçün Əfqanıstanın milli birlik hökuməti dünya ictimaiyyəti və beynəlxalq dairələrin güclü və davamlı dəstəyinə ehtiyaclıdır. Elə bu çərçivədə İran bir qonşu ölkə olaraq Əfqanıstanda təhlükəsizlik və sabitliyin təmin olunması və bu ölkənin inkişafı prosesini dəstəkləyir."

İranın BMT-dəki nümayəndəsi həmçinin, İranın Əfqanıstanda sabitlik və təhlükəsizliyin təmin edilməsi üzrə Kabil prosesində iştirakı müsbət qarşıladığını deyərək, əlavə edib: "İran Əfqanıstanda hökumət və Taliblər arasındakı son müvəqqəti atəşkəsi habelə, Əfqanıstan hökumətinin bu atəşkəsi davam etdirmək istəyini, bu kimi digər oxşar prosesləri və İranın qonşuları olaraq Əfqanıstan və Pakistan əlaqələrindəki son müsbət dəyişiklikləri müsbət qarşılayır."
...............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky