Həcc 2018

İmam Xamenei cənablarının hacılara müraciəti

İmam Xamenei: ABŞ-ın siyasəti militarizm və müsəlmanları bir-birinin əli ilə qırğın etməkdir

İmam Xamenei cənablarının hacılara müraciəti

İmam Xamenei: Ayıq-sayıqlıqla bu şeytani siyasəti zərərsizləşdirmək lazımdır və həcc, müşriklərdən bəraət buayıq-sayıqlığa şərait yaradır.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri həzrət Ayətullah Seyyid Əli Xamenei cənabları Allah Evinin ziyarətinə gedən hacılara müraciət edibdir.

İmam Xamenei həzrətlərinin müraciətinin tam mətnin saytımızın əziz oxucularına təqdim edirik:

 

Bismillahir Rəhmanir Rəhim

Həmd məxsusdur Allaha, Allahın salamı olsun Onun Rəsulu həzrət Mustəfaya, onun pak ailəsinə və seçilmiş səhabələrinə. Allah Təala buyurub: "İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər çür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!"

Həcc sürəsi ayə 27-28.

Bu İlahi səda, qəlbləri səsləyərək, əsirlər boyunca bəşəriyyəti tövhid çevrəsində mərkəzləşməyə dəvət edir. Bütün insanlar, İbrahim peyğəmbərin (əleyhi səlam) çağırışına müxatəb olduqları ilə fəxr hissi duyurlar. Baxmayaraq ki, qulaqlar bu çağrışı eşitmir, qəlblər cəhalət və qəflət pərdəsi altında bu sədanı duymaqdan məhrum qalır və bəzi insanlar bu ümüdünya ziyafətə müşərrəf olmaq üçün özlərində heç bir zəminə yaratmır, yaxud da hər hansı bir səbəb ucbatından buna tövfiq tapmırlar.

Hazırda sizlər bu İlahi hədiyyəyə nail olmuş və Allahın əmniyyətli sarayına qədəm qoymusunuz. Ərəfat, Məşər, Mina, Səfa, Mərvə, Beytullah, Məscidul-hərəm, Məscidun-Nəbiyy və həccin bütün ibadi ayinlərinin yerinə yetirilməsi mənəviyyət dürrlərinin bir hissəsi və həcci yerinə yetirən şəxsin ruhunun yüksəkliyidir. Bu tovfiqin qədri bilinməli, ondan nəfsimizin pak edilməsində istifadə etməli və ömrümüzün qalan hissəsi üçün azuqə hazırlamalıyıq.

Hər bir təfəkkür sahibini həssas edən məsələ budur ki, bütün illər boyu, bütün insanların, bütün nəsillərin müəyyən yerdə və müəyyən vahid zaman çərçivəsində bir araya toplanacağı məkanın təyin olunmasıdır. Zaman və məkan baxımından olan bu vəhdət Həccin ən əsas sirrlərindən biridir. Şübhəsiz "öz mənfəətlərinin şahidi olsunlar" ayəsinin əsas misdaqı İslam ümmətindən olan bir toplumun Allahın Evi kənarında bir araya cəmləşməsidir. Bu, yalnız Allah evinin sayəsində əmələ gələ biləcək vəhdəti və ümməti əmələ gətirən İslamın simvoludur. Allahın Evi müəyyən qrupa deyil hamıya məxsusdur: "həm yerlilər, həm də gəlmələr üçün (qiblə, mə’bəd) etdiyimiz Məscidülhəram" ayəsi buna dəlalət edir.

Həcc bu məkanda və bu zaman kəsiyində, həmişə və bütün illərdə, şəffaf dili və açıq-aşkar məntiqi ilə müsəlmanları birliyə çağırır və islam düşmənlərinin istəyinin tam qarşısında dayanır. Düşmənlər bütün dövrlərdə, xüsusilə də hazırkı dövrdə müsəlmanları bir-birləri ilə qarşılaşmağa təşviq edirlə. Bu gün cinayətkar və istikbarçı Amerikanın rəftarlarına diqqət yetirin. Onun İslam və müsəlmanlar müqabilində yürütdüyü əsas siyasəti müharibə yaratmaq siyasətidır. Onun xəbis hərəkətləri müsəlmanları bir-birilərinin əli ilə qırıb qətl etməsidir. Zalımları məzlumların canına salıblar. Zalıma dəstək verir, onun əli ilə məzlumları əzirlər və daim bu qorxunc fitnə alovunu şölələndirir və ətrafa yayırlar. Müsəlmanlar bu şeytani siyasəti zərərsizləşdirmək üçün mütləq diqqətli olamlıdırlar! Həcc bu diqqəti əmələ gətirən amildir. Həccdə kafirlərdən və müşriklərdən bəraət edilmənin fəlsəfəsi də bax elə budur.

Allahı yad etmək Həccin ruhudur. Bütün hallarda qəlblərimizi bu rəhmət yağışı ilə suvararaq, həyatımıza dinamika verib, qüdrət, şövkət, ədalət və gözəlliyimizin əsası olan Allaha təvəkkül və etimadımızı daha da artırmalıyıq. Belə olduqda düşmənlərin hiyləsinə qələbə çala bilərik. "Əziz hacılar! Suriya, İraq, Fələstin, Əfqanıstan, Yəmən, Bəhreyn, Liviya, Pakistan, Kəşmir, Myanma və digər bölgələrdə islam ümməti və məzlumlar üçün dua etməyi unutmayın, ABŞ və digər zalımların əllərinin kəsilməsi və müsəlmanların güclənməsini Allah-taaladan istəyin.

 

Vəsəlamu əleykum və rəhmətullah

Seyyid Əli Xamenei

28, 05, 1397

07, Zil-Hiccə, 1439

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky