İran İslam Respublikası

İmam Zamanın(ə) adsız əskərləri 27 təkfirçini ələ keçirtdi – Ettelaatın ölkə hüdudlarından kənarda müvəffəqiyyətli əməliyyatı

Bu haqda Ettelaat bəyanat yayımlayıb.

  • News Code : 847242
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Terrorçu ünsürələr qeyd olunan silahları ev ləvazimatlarının daxilinə yerləşdirərək İİR-a gətirmək niyyətində olublar. Bu an terrorçulardan işin əsas aparıcı qüvvələrindən olan on nəfəri ölkə hüdudlarından kənarda, 17 nəfəri isə, ölkə daxilində ələ keçiblər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi – Ettelaat ölkə daxilində terror əməliyyatları həyata keçirtmək istəyən sionist qüvvələrinə tabe 27 təkfirçini ələ keçirib.

Bu haqda Ettelaat bəyanat yayımlayıb.

Bəyanatın mətnin saytımızın hörmətli izləyicilərinə təqdim edirik:

 

Bismillahir Rəhmanir Rəhim

Şərafətli İran Xalqının diqqətinə çatdırırıq ki, İmam Zaman (Allah Onun zühurunu tezləşdirsin) həzrətlərinin inayətləri sayəsində mübarək “On Gün Kəramət Günləri” və İran İslam Respublikası prezidentinin andiçmə mərasimi ərəfəsində İmam Zaman Ağanın (Allah Onun zühurun tezləşdirsin) adsız əskərləri ölkənin müxtəlif əyalətlərində, o cümlədən dinin güclü olduğu şəhərdə terror əməliyatları həyata keçirtməyi planlaşdırmış “İŞİD” terror qrupuna bağlı ünsürləri aşkarlayaraq həbs ediblər.

Terror ünsürləri təhlükəsizlik qüvvələrinin apardıqları mürəkkəb əməliyyatları nəticəsində hər hansı bir iş görməmişdən öncə silah-sürsatları ilə birlikdə yaxalanıblar.

Əlhəmdüllilah, məntəqə ölkələrindən birinin təhlükəsizlik nazirliyinin əməkdaşları ilə birgə apardığımız kəşfiyyat təbadülü nəticəsində həyata keçən bu əməliyyatda terroçu qrup aşkarlanaraq silahları ilə birlikdə zəbt olunaraq həbs ediliblər.

Terrorçu ünsürələr qeyd olunan silahları ev ləvazimatlarının daxilinə yerləşdirərək İİR-a gətirmək niyyətində olublar. Bu an terrorçulardan işin əsas aparıcı qüvvələrindən olan on nəfəri ölkə hüdudlarından kənarda, 17 nəfəri isə, ölkə daxilində ələ keçiblər.

Qeyd edək ki, yaraqlıların etiraflarına əsasən terrorçulardan 5 nəfəri ölkə daxilində terror aktlarının bir-başa icraçısı qalan 22 ünsür isə, terror planlarını cızan, partlayıcı maddələrlə təmin edən, pul və s. avadanlıqları tədarük görənlər olub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky