İlahi İncilərin Nur Sil-Siləsi

İmam Xamenei: Ziddi İnqilab qüvvələri fəhlə sinifini İslam Cumhuriyyəti əleyhinə təhrik edə bilmədilər

Fələ sinifi İnqilab və Müqəddəs Müdafiə dönəmində qeyrətlə səhnədə olublar.

İmam Xamenei: Ziddi İnqilab qüvvələri fəhlə sinifini İslam Cumhuriyyəti əleyhinə təhrik edə bilmədilər

İmam Xamenei həzrətləri bütün İranda şəhidlərin anılmasını İlahi lürfkarlıq bilərək, şəhidlərin kölgəsinin İran üzərində həmişəlik olaraq qalmasını isə, İlahi iradənin nişanəsi adlandırıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Lideri həzrət Ayətullah Xameneinin İranın fəhlə icmasının on dörd min şəhidi konfransının təşkilatçıları ilə 2018-ci il fevralın beşində keçirilmiş görüşdəki bəyanatları bu gün səhər bu konfransın Tehranda keçirilən məkanında yayılıb.

İmam Xamenei həzrətləri bütün İranda şəhidlərin anılmasını İlahi lürfkarlıq bilərək, şəhidlərin kölgəsinin İran üzərində həmişəlik olaraq qalmasını isə, İlahi iradənin nişanəsi adlandırıb.

Ümümdünya Müsəlmanlarının Ali Lideri ziddi-inqilabçıların fəhlə sinifini İran İslam Respublikasına qarşı təhrik etməkdə nakam qalmalarına toxunaraq, əlavə ediblər: Düşmənlərin əsas işlərindən biri, fəhlələri zavodlarda durğunluq yaratmağa təhrik etmək olub, amma fəhlələr bu illər ərzində daim bəsirət, ciddi-cəhd və dindarlıqa dayanaraq, düşmənə rədd cavabı veriblər.

İmam Xamenei cənabları fəhlələrin Müqəddəs Müdafiə illərindəki böyük iştirakını onların qeyrət və dini əzimkarlığın digər bir sahəsi adlandıraraq belə qeyd buyurublar: Hər zaman böyük İmam çağırış verərkən hətta dolanışıqları və yaşayışları gündəlik gəlirlərindən asılı olan gənc və mömin fəhlələrin bir çoxu, bəsici kimi cəbhələrə gedir və məntiq və dəlalətlə deyirdilər: Gedib islami ölkə və sərhədi müdafiə etməliyik, zira əgər düşmən vəziyyəti ələ alarsa, nəinki çörəyimiz, həm də heç nəyimiz olmayacaqdır.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin şəhidlər konfransının təşkilatçılarına təsirli işlər görməyi və dəbdəbəli işlərdən çəkinməyi tövsiyə ediblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky