İlahi İncilərin Nur Sil-Siləsi

İmam Xamenei Trampın Qüdslə bağlı təhdidinə cavab verdi

  • News Code : 871286
  • Source : İslamin Səsi Fars Nyus-a istinadla
Brief

İmam Xamenei: “Qüdsü işğal edilmiş ərazilərin paytaxtı elan etmək istəyirlər. Bu onların acizliyinə görədir. Onlar fironluq edirlər. Amma Fələstin və Qüds azad olacaq”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Lideri, Ayətullah Seyyid Əli Hüseyni Xamenei ölkənin rəsmiləri, İslam ölkələrinin səfirləri və vəhdətlə bağlı beynəlxalq konfransın qonaqları qarşısında çıxışı zamanı bildiriblər: “Qüdsü işğal edilmiş ərazilərin paytaxtı elan etmək istəyirlər. Bu onların acizliyinə görədir. Onlar fironluq edirlər. Amma Fələstin və Qüds azad olacaq”

Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbərin mövludu münasibətilə baş tutan toplantıda çıxışı zamanı Ayətullah Xamenei müsəlmanları bir olmağa çağırıb. O bildirib ki, əgər islam dünyası güclü olmaq və başıuca olmaq istəyirsə işinin başında müqavimət, birlik və möhkəm iradəni tutmalıdır.

İslam İnqilabının Ali lideri Amerika, işğalçı sionist rejimi və onlara bağlı olan mürtəce qüvvələri hazırki dövrün fironları adlandırıb və onların bölgədə təfriqə yaratmaq cəhdlərini belə işıqlandırıb:

“Bəzi ABŞ siyasətçiləri bilərəkdən bilməyərəkdən etiraf edirlər ki, gərək Asiyanın qərbində döyüşlər və qarşıdurmalar olsun. Olsun ki, sionist rejimi təhlükəsizlik haşiyəsində və dairəsində qala bilsin və İslam dünyasının qanlı bədəni boy atmasın.”

İmam Xamenei Amerikaya tabe olan bəzi bölgə ölkələrinin siyasətindən təəssüf hissi keçirdiyini dilə gətirib və deyib:

“İran İslam Respublikası müsəlman dövlətləri ilə ixtilaf salmaq niyyətində deyil. İranın daxilində vəhdətin olduğu kimi islam dünyasında da vəhdətin olmasının tərəfdarı və bunu irəli aparandır. Amerikanın arxasıyca gedən bölgə ölkələri ilə danışıq ədəbiyyatımız nəsihət və tövsiyə dilidir. Bizim qaydamız bu deyil ki, cahillərə cavab verək. Amma nəsihət edirik. Nəsihət edirik ki, dünya zalımlarına xidmət onların özünə zərər verir. Bilsinlər ki, Qurana əsasən zalımlarla birgə olmağın məhvdən başqa bir sonluğu yoxdur.”

Ayətullah Xamenei ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı elan etmə təhdidinə cavab olaraq deyib:

“İslam dünyasının dərdinin əlacı ümmətinin birliyində, Sionizmin və islamın düşmənləri ilə mübarizədədir. Bu gün Fələstin islam ümmətinin ən böyük məsələsidir. Hamı vəzifə daşıyır ki, Fələstin millətinin azadlığı və xilası üçün səy göstərsin... Qüdsün işğal edilmiş ərazilərin paytaxtı kimi elan edilməsi acizliyə və zəifliyə görədir. İslam dünyası şəksiz bu planın qarşısında duracaq, sionistlər bu işlə böyük zərbə alacaq, əziz Fələstin isə sonda azad olacaq.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky