İran İslam Respublikası

İmam Xamenei: Rəsmilərin zəlzələdən zərərçəkənlərin dərdinə şərik çıxmaları dava etdirilməlidir

İmam Xamenei: Rəsmilərin zəlzələdən zərərçəkənlərin dərdinə şərik çıxmaları dava etdirilməlidir

Görüş zamanı Kirmanşahda baş vermiş ağır və acı hadisədən dərindən kədərləndiyini bildirən Ayatullah Xamenei cənabları ölkə rəsmilərinin hadisə yerində hazır olduqları üçün onlara dərin təşəkkürünü bildirərək buyurub: “Zəlzələdən zərərçəkənlərin dərdinə şərik çıxmağınız özünü əməldə göstərməlidir. Xalqın çətinlikləri və əzab-əziyyətlərinin azalması üçün isə, insanlara yardımlar tam güclə həyata keçirilməlidir.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümüdünya Müsəlmanlarının Ali Lideri Ayətullah Seyid Əli Xamenei çərşənbə axşamı günü ölkə prezidenti, Ali Məhkəmə və İslam Şurası Məclisinin –parlamentin sədrləri və digər məsul şəxslər ilə görüş keçirib.

Görüş zamanı Kirmanşahda baş vermiş ağır və acı hadisədən dərindən kədərləndiyini bildirən Ayatullah Xamenei cənabları ölkə rəsmilərinin hadisə yerində hazır olduqları üçün onlara dərin təşəkkürünü bildirərək buyurub: “Zəlzələdən zərərçəkənlərin dərdinə şərik çıxmağınız özünü əməldə göstərməlidir. Xalqın çətinlikləri və əzab-əziyyətlərinin azalması üçün isə, insanlara yardımlar tam güclə həyata keçirilməlidir.”

İslam İnqilabının Ali Lideri əlavə edib: “Əzizlərimizə baş vermiş acı müsibət və itkin dağları böyükdür. Amma ümüd edirəm ki, Allah Təala zərərçəkmişlərin qəlblərinə bir aramlıq nazil edər və onların gözlərini Öz Rəhmət nuru ilə işıqlandırar.”

İmam Xamenei əlavə edib ki, bu iki gündə rəsmilər, o cümlədən prezident zəlzələdən zərərçəkən insanların yanına gedərək onların dərdinə şərik olub. “Ümid edirik vətəndaşlara yardım prosesini əməl meydanında bütün gücləri səfərbər etməklə baş tutacaq. Və havaların soyuq olması və qarşıda qış fəslinin olduğunu nəzərə alaraq zərərçəkmişləri problemləri öz həllini tapacaq və əzab-əziyyəti azalacaq.”

Qeyd edək ki, bazar ertəsi günü İran İslam Respublikasının qərbində İİR –İraq sərəd bölgələrində 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində indiyə qədər 500-ə yaxın insan həyatını itirib, 7817 nəfər yaralanıb.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky