İlahi İncilərin Nur Sil-Siləsi

İmam Xamenei: İran xalqı sanksiyanı uğursuz qoyaraq, Amerikaya digər bir şilləni vuracaq

İmam Xamenei: İran xalqı sanksiyanı uğursuz qoyaraq, Amerikaya digər bir şilləni vuracaq

İmam Xamenei həzrətləri Amerika liberal-demokratiyasının biabır olmasına və onun dünyada tənqid olunmasının rəvac tapmasına toxunaraq, belə qeyd ediblər: "Elə buna görədir ki, Amerika böyük maliyyə imkanlarına, həmçinin modern texnologiya və atom qüdrətinə malik olsa da İraq, Suriya, Livan, Pakistan və Əfqanıstan kimi bir çox məntəqələrdə məğlub olub və Amerikanı digər məğlubiyyətlər də gözləyir."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri Həzrət Ayətullah Seyyid Əli Xamenei bu gün səhər radələrində Tehranın yüz min nəfərlik stadionunda bəsicilərlə-könüllülərlə keçirilən əzəmətli toplanıtıda nitq söyləyiblərş

Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri bildiriblər ki, amerikalılar puç düşüncələrlə öz qüdrətləri və İranın durumu haqqda tamamilə tərsinə bir təssəvvür yaratmaq niyyətindədirlər.

Amerikanın İrana qarşı yürütdüyü sanksiyaların aradan qaldırılmasının tam mümkün bir iş olduğunu vurğulayan həzrət Ayətullah Xamenei əlavə ediblər: "Ölkənin milli iqtisadiyyatı sanksiyanı uğursuz qoya bilər və Allah-Taalanın köməkliyi ilə sanksiyaları uğursuz qoyacağıq və sanksiyanın uğursuz qalması Amerikanın məğlub olması deməkdir və Amerika bu məğlubiyyətlə İran xalqından daha bir şillə almalıdır."

İmam Xamenei həzrətləri Amerika liberal-demokratiyasının biabır olmasına və onun dünyada tənqid olunmasının rəvac tapmasına toxunaraq, belə qeyd ediblər: "Elə buna görədir ki, Amerika böyük maliyyə imkanlarına, həmçinin modern texnologiya və atom qüdrətinə malik olsa da İraq, Suriya, Livan, Pakistan və Əfqanıstan kimi bir çox məntəqələrdə məğlub olub və Amerikanı digər məğlubiyyətlər də gözləyir."

İslam İnqilabının Ali Lideri Amerika prezidentinin xam xülyalarla yaşadığını bildirərək deyib: "Bütün bunlar amerikalıların İslam İnqilabı, İran xalqı və bu xalqın inqilabi və iman əhval-ruhiyyəsini tanımamasından irəli gəlir. Bu yanlış analiz amerikalıların ötən qırx ildə yolu itirmələrinə səbəb olubdur və İran xalqının düşmənlərini nadanlar və əbləhlərdən qərar verdiyinə görə, Allah-Taalaya şükr etmək lazımdır."

Daha sonar həzrət Ayətullah Xamenei hegemon zalım qüvvələrinin hədəfinin İslami İranın qüdrət elementlərinə zərbə vurmaq olduğunu bildirərək deyiblər: "Milli birlik, təhlükəsizlik və ictimai sabitlik, İnqilabın prinsip və əsaslarına sədaqət, elmi inkişafa doğru irəliləyişin davam etməsi, inqilabçı və islami mədəniyyətin genişlənməsi və dərinləşməsi, müdafiə və raket inkişafı və regionda iştirak İslam Respublikasının qüdrət elementləridir və düşmənlər bu qüdrət elementlərinə zərbə vurmaq ardıncadırlar."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky