İlahi İncilərin Nur Sil-Siləsi

İmam Xamenei inkişafda İslam-İran əsas meyarlarının gücləndirilməsinə çağırış ediblər

İmam Xamenei inkişafda İslam-İran əsas meyarlarının gücləndirilməsinə çağırış ediblər

Ümüdünya Müsəlmanlarının Ali Lideri vurğulayıblar: "Allah-Taalanın hidayəti və köməkliyi ilə gənc alimlər, dini hövzə və universitet müəllimləri və fikir sahiblərindən bir neçə min nəfərin, inkişafda İslam-İran əsas meyarının işlənib hazırlanması üzrə mütəşəkkil səyi, yeddi ildən sonra, İslam İnqilabının qırxıncı ilində bəhrə verdi."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümüdünya Müsəlmanlarının Ali Lideri həzrət Ayətullah Seyyid Əli Xamenei inkişafda İslam-İran əsas meyarlarının təkmilləşdirilməsi və daha da yüksəldilməsin tələb edib.

İmam Xamenei həzrətləri bu zəmində müxtəlif orqanların, elmi mərkəzlərin, elitaların və fikir sahiblərinin hazırlanmış sənədin müxtəlif cəhətlərinin dərindən araşdırılmasını, həmçinin bu üstqurum sənədinin islahı və ya təkmilləşdirilməsi və yüksəldilməsi istiqamətində məşvərət nəzərlərinin təqdiminə çağırış ediblər.

Ümüdünya Müsəlmanlarının Ali Lideri vurğulayıblar: "Allah-Taalanın hidayəti və köməkliyi ilə gənc alimlər, dini hövzə və universitet müəllimləri və fikir sahiblərindən bir neçə min nəfərin, inkişafda İslam-İran əsas meyarının işlənib hazırlanması üzrə mütəşəkkil səyi, yeddi ildən sonra, İslam İnqilabının qırxıncı ilində bəhrə verdi.

Bu sənəd mühüm inkişaf əsas və amallarını hazırlayıb, qarşıdakı əlli ildə ölkənin qənaətbəxş üfüqünü çəkib və ona nail olmaq üzrə təsirli tədbirlər görübdür ki, böyük və çətin, amma mümkün və şirin olan işin həyata keçməsilə ölkə inkişaf yolunu keçəcək və İran ekosistemində müasir İslam-İran sivilizasiyasının mübarək doğuşu baş verəcəkdir."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky