İlahi İncilərin Nur Sil-Siləsi

İmam Xamenei Höccətül İslam Şeyx Muhəmməd Baqir Təhririni Mərvi mədrəsəsinə müdir təyin etdi – Hökm

  • News Code : 846710
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

İmam Xamenei: “...Siz ali cənabı (Höccətü İslam Şeyx Muhəmməd Baqir Təhriri) elmi və mənəvi məqamınızı nəzərə alaraq bu mərkəzin müdir vəzifəsinə təyin edirəm.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Lideri Ayətullah Seyyid Əli Hüseyni Xamenei cənabları ötən gün verdiyi yeni hökmündə Fiqh, Təfsir, Fəlsəfə, İrfan və Əxlaq ustadı Höccətül İslam Hac Şeyx Muhəmməd Baqir Təhriri cənablarını Mərvi mədrəsəsinə direktor təyin etdi.

İmam Xamenei cənablarının bu barədə verdiyi hökmünün tam mətni belədir:

 

Bismillahir Rəhmanir Rəhim

Höccətül İslam Hac Şeyx Muhəmməd Baqir Təhriri cənabları (bərəkətiniz müstədam olsun)!

Höccətü İslam vəl Müslimin Aqa Muhsini Qurqani cənablarının (bərəkəti müstədam olsun) uzun illər Mərviyə mədrəsəsində direktorluq vəzifəsində çalışdıqdan və bu müddət ərzində göstərdiyi dəyərli xidmətlərdən sonra tutduğu vəzifəsindən kənarlaşmasını nəzərə alaraq, siz ali cənabı elmi və mənəvi məqamınızı nəzərə alaraq bu mərkəzin müdir vəzifəsinə təyin edirəm.

Sizdən gözləntim budur ki, öz səylərinizi tələbələrin elmi və əxlaqi tərbiyyəsində cəmləşdirəsiniz. Fiqh və Fəlsəfənin qədim bazası olan bu mərkəzin səviyyəsini daha da artırasıınız.

Vəssəlamu əleykum və rəhmətullah

Seyyid Əli Xamenei

15 Mordad 1396 (06.08.2017)

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky