İlahi İncilərin Nur Sil-Siləsi

İmam Xamenei: Elmi baxımdan inkişaf etsək, düşmənlərin təhdidləri davamlı olmayacaq! - Foto

İmam Xamenei: "İstedadlı gənclər və quruluş arasında qarşılıqlı, ikitərəfli və ciddi anlaşmanı, gənc istedadların qorunmasını, istedadlı gənclərin potensialından düzgün istifadəni, milli və ideoloji mahiyyətin gənc istedadlar hesabına möhkəmlənməlidir."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Lideri Ayətullah Seyyid Əli Xamenei cənabları bugün Çərşənbə Günü səhər vaxtlarında İran İslam Respublikasının elit və istedadlı gənclərilə görüş keçiriblər.

Görüş zamanı həzrət Ayətullah Xamenei buyurublar: "Gələcək üçün dəqiq proqramların hazırlanması, İranda elmin daha artıq inkişaf etdirilməsi və elmin sərhədlərinin daha da genişləndirilməsində gənc istedadlar daha təsirli rola malikdirlər. İstedadlı gənclər və quruluş arasında qarşılıqlı, ikitərəfli və ciddi anlaşmanı, gənc istedadların qorunmasını, istedadlı gənclərin potensialından düzgün istifadəni, milli və ideoloji mahiyyətin gənc istedadlar hesabına möhkəmlənməlidir. Əgər elmi baxımdan inkişaf etsək, sivilizasiya, siyasət və iqtisadiyyat düşmənlərinin təhdidləri davamlı olmayacaq və azalacaq."

İslam İnqilabının Ali Rəhbəri buyurublar: "İranla bağlı yanlış, mənfi və ümidsiz simanın təqdim edilməsi bu gün düşmənlərin ən önəmli işlərindəndir. Ölkənin durumu ilə bağlı həqəqətin əks etdirilməsi isə hegemon qüvvələrin istəyinin tam əks nöqtəsidir."

Ayətullah Seyyid Əli Xamenei cənabları keçmişdə İranın elmi cəhətdən geridə qaldığını deyərək, əlavə edib: "İran əhalisi dünya əhalisinin bir fazini təşkil etdiyi halda, Pəhləvi dövründə İranda elmin istehsalı 0.1% olub. Amma, indi İranın dünyada elmin istehsalındakı payı təqribən 2%-dir. Əlbəttə, bununla da kifayətlənməməliyik."

"İranın keçmiş dövrdə elmi, əxlaqi və siyasi baxımdan geridə qalmsının səbəbi ləyaqətsiz, maddiyata alüdə olmuş, asılı və bacarıqsız ölkə başçılarının olması idi. Onlar xalq qarşısında təkəbbürlü idilər və xalqın xeyrini düşünmürdülər." – deyə İmam Xamenei cənabları vurğulayıblar.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky