İlahi İncilərin Nur Sil-Siləsi

İmam Xamenei Eksperdisiya məclisinin nümayəndələrini qəbul etdi – Foto

İmam Xamenei: "Bədxahların media təbliğatlarına və bütün çətinliklərə baxmayaraq, İnqilab və İran inkişaf etməkdədir. Gənclərin Ərbəin yürüşündə, "Etikaf"da, camaat namazlarında və Ramazan məclislərində geniş iştirakı isə mənəvi sahədəki inkişafın göstəricisidir."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri Həzrət Ayətullah Seyyid Əli Hüseyni Xamenei Eksperdisiya məclisinin nümayəndələrini qəbul edib.

Görüş zamanı həzrət Ayətullah Xamenei buyurublar: "Bu gün İslam quruluşu hərtərəfli bir iqtisadi savaş ilə üz-üzədir. Bu savaş vahid bir düşüncə otağı tərəfindən dəqiq və hərtərəfli formada istiqamətləndirilir. Amma, bu savaşın kənarında böyük önəm kəsb edən media və təbliğat savaşı da cərəyan etməkdədir və bəzən bu məsələ diqqətlərdən kənarda qalır. Hazırda bu savaş daha ciddi və iri miqyaslı forma alıb.

Əldə olan məlumatlara görə, ABŞ və sionist rejimin casusluq orqanları regionun zalım rejimlərinin maliyyə dəstəyi ilə belə bir media savaşı üçün geniş imkanlar yaradıblar və İran ictimaiyyətinin təbliğat və düşüncə atmosferini zəhərləməyə çalışırlar...

Bədxahların media təbliğatlarına və bütün çətinliklərə baxmayaraq, İnqilab və İran inkişaf etməkdədir. Gənclərin Ərbəin yürüşündə, "Etikaf"da, camaat namazlarında və Ramazan məclislərində geniş iştirakı isə mənəvi sahədəki inkişafın göstəricisidir."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky