İlahi İncilərin Nüur Sil-Siləsi

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti

  • News Code : 851539
  • Source : Sahar TV
Brief

Günümüzdə bir tərəfdən materializmin modern vasitələrlə kütlələri aldadıb məhvə sürüklədiyi, digər tərəfdən isə imperializm cəbhəsinin müsəlmanlar arasında təfriqə salaraq savaş yaratmaq üzrə siyasətləri islam ölkələrini de-stabillik və ixtilaflarla dolu dəhşətli bir məkana çevirməkdədir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümüdünya Müsəlmanlarının Ali Lideri, İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullahülüzma Seyyid Əli Xamenei Hicri Qəməri tarixi ilə 1438-ci il, Miladi tarixi ilə, 2017-ci ilin Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciət edib.

Müraciətin tam mətnin saytımızın hörmətli ziyarətçilərinə təqdim edirik:

 

 

Bismillahir-rəhmanir-rəhim

Allah-taalaya şükür olsun; Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmməd (s.ə.s) və pak məsumlara Allahın salamı olsun.

Həcc mərasiminə qatılmaq səadətini bu il də dünyanın müxtəlif məkanlarına aid bir çox möminə nəsib edən, onların bu feyzli mənbədən faydalanmalarını, bu müqəddəs gün və gecələrdə hər bir saatı qənimət hesab olunan, möcüzəvi şəkildə könülləri dəyişdirən, ruhları zinətləndirən, Allahın əzəmətli evi ətrafında ağıllı və sayıq şəkildə ibadət və zikrlə məşğul olmalarına şərait yaradan Allah-taalaya şükür olsun.

Həcc çoxlu sirlərə sahib bir ibadətdir; Allah Evində ilahi bərəkətlərlə dolu və Allah-taalanın ayə və dəlillərini ehtiva edən bir məkandır. Həcc mömin, məntiq və ağıla sahib bir bəndəni mənəvi dəyərlərə nail edən, onu böyük və nurlu bir insana, bəsirət və cəsarət sahibinə, hətta cihad əhlinin bir nümunəsinə çevirə biləcək gücə malikdir. Bu vacib əməlin siyasi, mənəvi aspekti ictimai istiqaməti ilə çox açıq, dolğun və bənzərsiz bir formaya sahibdir. Müsəlman topluların bu gün həccin hər iki aspektinə ehtiyacı vardır.

Günümüzdə bir tərəfdən materializmin modern vasitələrlə kütlələri aldadıb məhvə sürüklədiyi, digər tərəfdən isə imperializm cəbhəsinin müsəlmanlar arasında təfriqə salaraq savaş yaratmaq üzrə siyasətləri islam ölkələrini de-stabillik və ixtilaflarla dolu dəhşətli bir məkana çevirməkdədir.

Həcc islam ümmətinin başına gələn hər iki böyük bəlaya şəfa ola biləcək əlacı təqdim edə bilər. Həm ürəkləri bu pisliklərdən təmizləyərək təqva nuru və mərifətlə işıqlandıra, həm də gözlərin islam dünyasının acı gerçəklərini görməsinə, iradələri mübarizə üçün bilməsinə, addımların daha güclü atılmasına, əllər və düşüncələrin gərəkli hərəkətləri yerinə yetirməsi üçün əsas ola bilər.

Günümüzdə islam dünyası tam bir de-stabillik içərisindədir. Əxlaqi, mənəvi və siyasi de-stabillik. Bunun əsas faktoru, qəflət və düşmənlərin rəhm etmədən hücum etməsidir. Bizlər düşmənin hücumu qarşısında dini və məntiqi vəzifəmizi yerinə yetirmədik. Həm “kafirlər qarşısında sərt” həm də “öz aramızda mərhəmətli” davranmağımızı unutduq. Bunun nəticəsində sionist düşmən islam dünyası coğrafiyasının ürəyində məkrli planlarını yürütdü və bizlər Fələstinin xilas edilməsi kimi əsas vəzifəmizdə qəflətə düşdük. Suriya, İraq, Yəmən, Liviya və Bəhreyndə daxili müharibə, Əfqanıstan, Pakistan və digər oxşar bölgələrdə terrorizmlə mübarizəyə yönəldildik.

İslam ölkələrinin dövlət başçıları ilə islam dünyasındakı siyasi, mədəni və dini təmsilçilərin çiyinlərində ağır vəzifələr vardır. Birliyə şərait yaratmaq, kütlələri etnos və dini çəkişmələrdən uzaq saxlamaq, xalqları imperializm və sionizmin xəyanətləri və düşmənçilikləri qarşısında məlumatlandırmaq, kütlələrin ağır və yumşaq müharibənin müxtəlif cəhətlərində düşmənə qarşı çıxa bilməsi üçün gərəkli şəraiti yaratmaq, günümüzdə dünyanın müxtəlif yerlərində qəm-kədərə və etiraza səbəb olan Yəmən və oxşar ölkələrdə acı örnəkləri olan islam ölkələrində davam edən faciələri dərhal dayandırmaq, Myanmada və bir çox yerdə məzlum müsəlman azlıqları ciddi şəkildə müdafiə etmək və daha önəmlisi, Fələstini müdafiə etmək və 70 ilə yaxındır işğala məruz qalan ölkələr üçün mübarizə aparan bir xalqla həmrəy olmaqla qeyd-şərtsiz birliyə önəm vermək.

Bu ağır vəzifələr hamımızın çiynindədir. Xalqlar, bu vəzifələri ölkələrindəki hökumətlərdən tələb etməli, müxtəlif kütlələrin təmsilçiləri də yorulmaz iradə və xalis niyyətlə bu amalın reallaşması üçün çalışmalıdırlar. Bu addımlar Allah dinin mütləq qələbəsini müjdələyən addımlardır və heç şübhəsiz, ilahi vəd Allahın qələbəsinin qismət olmasına şərait yaradacaq.

Qeyd olunan bu addımlar həccin təqdim etdiyi dərslərin bəzisidir və bu dərslərin düzgün dərk olunması və yerinə yetirilməsi ümid edilir.

Allah-taaladan hamınızın həcc əməllərinizin qəbul olunmasını diləyir, Mina və Məscidül-Haram şəhidlərini anır, onlara yüksək dərəcələri arzulayıram.

Vəssəlamu-əleyküm və rəhmətullahi və bərəkatuh

 

 

Seyyid Əli Xamenei

31 avqust 2017 / 9 zilhəccə 1438

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky