İlahi İncilərin Nur Sil-Siləsi

İmam Xamenei: Cənab Tramp! Siz qələt edirsiz

Bu `kişi qırığı` da torpağa gedəcək, bədəni ilan- qurbağaya qismət olacaq

İmam Xamenei: Cənab Tramp! Siz qələt edirsiz

İmam Xamenei: “Bu gün İran rəsmiləri böyük imtahan qarşısındadır. Görək onlar həqiqətən xalqın izzətini qoruyacaqlar yoxsa yox? Bir daha xəbərdarlıq edirəm. Mən bu 3 Avropa ölkəsinə də inanmıram . Siz də etibar etməyin...”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümüdünya Müsəlmanlarının Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei müəllimlər günü ərəfəsində baş tutan görüşdə deyib Trampın özbaşınalığına dair söylədiyi nitqində bildirib: “ABŞ prezidenti Donald Trampın Fars Körfəzi ölkə başçılarına yazıdğı məktubu əldə etmişik. Məktubda Tramp “mən sizin üçün 7 trilyon dollar pul xərcləmişəm ki, siz bu işi görəsiz.” Xərcləmisən ki, İraq və Suriyanı işğal edəsən, amma bacarmadın.”

ABŞ-ın İranın nüvə proqramına dair sazişdən çıxmasına münasibət bildirən Ayətullah Xamenei Donald Trampın ötən gecə etdiyi çıxışı yüngül və axmaqcasına hərəkət adlandırıb. “Onun sözlərində 10-dan çox yalan var idi. O həm İslami sistemi həm də İran xalqını hədələdi. Mən xalqımız adından deyirəm: Cənab Tramp! Siz qələt edirsiz”

Ali Rəhbər İranın enerji təhlükəsizliyinin təmini üçün nüvə sahəsinə diqqət artırılmasının zərurliyindən danışıb. Bildirib ki, ABŞ-ın İrana qarşı nüvə enerjisi məsələsi sadəcə bir bəhanədir. “Biz bunu daha əvvəllər qeyd etmişdik. İndi hamıya bizim sözlərimizin doğruluğu agah oldu. Bəli Hərtərəfli Birgə Fəaliyyət Planını qəbul etdik, amma bu da İslam Respublikası ilə düşmənçiliyi bitirmədi. İndi də İranın regiondakı fəaliyyəti, raket sistemlərini problemə çeviriblər. Bu dəfə də onların istəyini qəbul etsək, yenə iş bitməyəcək, başqa bir bəhanə çıxardacaqlar.”

Ayətullah Xamenei D.Trampın bir neçə gün öncə Fars Körfəzi ölkə başçılarına ünvanladığı məktub barədə də danışıb. “Biz həmin məktubun mətnini əldə etmişik. Orda Tramp qeyd edir ki, “mən sizin üçün 7 trilyon dollar pul xərcləmişəm ki, siz bu işi görəsiz.” Cənab Tramp pul xərcləmisən ki, İraq və Suriyanı işğal edəsən, amma bunu bacarmadın. Biz buna imkan vermədik.”

Ayətullah Xamenei ABŞ-ın nüvə sazişini pozmasını pis və iyrənc addım adlandırıb. “İran xalqı hər zaman olduğu kimi bu gün də tam gücü ilə müqavimət göstərir.Bundan öncəki ABŞ prezidentləri də eyni mövqe sərgiləyirdilər. Amma onların çoxu ölüb gedib, sümükləri də çürüyüb. İslam Respublikası isə ayaqdadır.Trampda torpağa gedəcək, bədəni ilan-qurbağaya qismət olacaq. O zamanda İslam Respublikası yenə ayaq üstə duracaq.”

Ayətullah Xamenei ABŞ-la imzalanan müqavilənin əvvəldən yalnış olduğunu bir daha diqqətə çatdırıb. “İlk gündən demişdim ki, ABŞ-a etimad etməyin. Əgər hər hansı müqavilə imzalamaq istəyirsinizsə, lazimi təminatı alın. Əsas şərtlərdən biri kimi, ABŞ prezidentinin bu müqaviləni şəxsən imzalamalı olduğunu şərt qoymağınızı bildirmişdim. Bizim hörmətli məsul şəxslər zəhmət çəkdi, bunun üçün çalışdı lakin bacarmadılar. 2 il yarımdır ki, biz bu sazişin tələblərini yerinə yetiririk. İndi bu “kişi qırığı” (Donald Trampa işarədir) gəlib deyir ki, mən bu şərtləri qəbul etmirəm.”

Ali Rəhbər əlaqələrin 3 Avropa ölkəsi ilə davam etdirilməsi məsələsinə də münasibət bildirib.

“Bu gün İran rəsmiləri böyük imtahan qarşısındadır. Görək onlar həqiqətən xalqın izzətini qoruyacaqlar yoxsa yox? Bir daha xəbərdarlıq edirəm. Mən bu 3 Avropa ölkəsinə də inanmıram . Siz də etibar etməyin. Əgər razılıq əldə etmək istəirsizsə təminatsız iş görməyin. Yoxsa ABŞ-la olan proseslərin hamısı yenidən təkrarlanacaq. Əgər tutarlı zəmanət ala bilirsinizsə danışıqları davam etdirin. Əks halda Hərtərəfli Birgə Fəaliyyət Planının öhdəlikləri yerinə yetirmək olmaz.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky