İran İslam Respublikası

İmam Xamenei: Böyük ehtimalla ABŞ-ın Blackwater kimi qruplaşmaları İŞİD-ə vəhşilik təlimi verib

İran İslam İnqilabının Ali Dini Lideri bu gün bir qrup hərbçilərlə görüşüb.

İmam Xamenei: Böyük ehtimalla ABŞ-ın Blackwater kimi qruplaşmaları İŞİD-ə vəhşilik təlimi verib

İmam Xamenei: "Yəmənin infrakstukturu hər gün ABŞ müttəfiqləri və silahları ilə bombalanır, lakin ABŞ dəmir parçaları göstərərək guya İran istehsalı olan raketlərlə Səudiyyənin bombalandığını bildirirlər. Yəmən xalqı mühasirədə olarkən, onlara raket necə göndərilir?".

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam İnqilabının Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei bu gün Ordunun Hava Qüvvələrinin zabit və əsgərlərini qəbul edib.

Görüşü zamanı o, İslam İnqilabından, o cümlədən ABŞ-ın terrorçulara dəstəyindən danışıb.

Çıxışı zamanı Ayətullah Xamenei "Amerikalılar İŞİD terror qruplaşmasını yaratmaqla yanaşı, ara-sıra onlara dəstək verdi. Böyük ehtimalla Blackwater kimi qruplaşmalar vasitəsilə (Red: ABŞ-ın muzdlu hərbçilərinin başqa ölkələrdə pul ilə döyüşən özəl mühafizə xidməti) vəhşilik və mərhəmətsizliklərini İŞİD-ə öyrətmişdir. ABŞ höküməti, bütün bu mərhəmətsizliklərə baxmayaraq beynəlxalq insan haqları, heyvanlar və məzlumların haqlarını müdafiə etdiyini iddia edir. Həqiqətlər üzə çıxarılaraq, ABŞ rəzil edilməlidir.", - deyə bildirib.

Ayətullah Xamenei daha sonra deyib: "Düşmənlər dırnaqarası ziyalıların İslam İnqilabına qarşı fikir yaratmaları üçün maliyyə dəstəyi verirlər. Siber mediada izləyicilərin sayını artıra bilmək üçün kloun, saxta nəzəriyyəçilər və muzdlu yazarlardan istifadə edərək əllərindən gələn hər şeyi edirlər."

Yməndəki qətliama işarə edən Ayətullah Xamenei "Yəmənin infrakstukturu hər gün ABŞ müttəfiqləri və silahları ilə bombalanır, lakin ABŞ dəmir parçaları göstərərək guya İran istehsalı olan raketlərlə Səudiyyənin bombalandığını bildirirlər. Yəmən xalqı mühasirədə olarkən, onlara raket necə göndərilir?", - deyə əlavə edib.

İslam İnqilabı lideri sözlərinin davamında ölkə daxili məsələlərdən danışıb: "Ədalət, sosial ədalətin təminində, xalq kütlələri arasında məsafəni aradan qaldırmaqda az iş görülüb və geridə qalma var. Bu sahədə həyata keçməli olan təşəbbüslər lazımınca və layiqincə həyata keçirilməyib və tam ciddiyyətlə bu sahəyə diqqət yetirməliyik, bilin ki, Allahın mərhəməti ilə bunun ardıncayıq və bundan vaz keçməyəcəyik və əlbəttə bunun yolu zülm və korrupsiya ilə mübarizədir. "

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky