İlahi İncilərin Nur Sil-Siləsi

İmam Xamenei: “İrandakı ixtişaşları düşmən "üçbucağı" reallaşdırdı”

Millətimiz bu dəfə də ABŞ, britaniyalı və londonlulara “edə bilmədiniz və edə bilməyəcəksizniz” cavabını verdilər.

İmam Xamenei: “İrandakı ixtişaşları düşmən

İmam Xamenei: İslami İnqilab, düşmənin ölkədən kökünü kəsdi və indi də onlar hər dəfə əks-hücumlar etməyə çalışır, ancaq daim məğlubiyyətə düçar olurlar. Səbəbi də bu müqavimətdir, xalqın yaratdığı bu milli birlikdir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qum əhalisinin 1978-ci ildə Şah rejiminə qarşı tarixi qiyamının ildönümü münasibətilə bu şəhərin minlərlə sakini bu gün səhər Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri Ayətullah Üzma Seyid Əli Xamenei ilə görüşüb.

İslam İnqilabının Ali Rəhbəri Ayətullah Üzma Seyid Əli Xamenei görüşdə etdiyi çıxışında İran İslam Respublikasında baş vermiş son hadisələri qiymətləndirib:

“İran xalqı 30 dekabr 2017-ci ildə başlayan bu şeytani hərəkət ilə ixtişaşlara qarşı kiçik şəhərlərdən böyük şəhərlərə qədər, ölkənin hər yerində elə həmin gün hərəkətə keçdi. Bundan sonra düşmənə mənsub bu muzdlu şəxslərin yaxalarından qopmadığını görən kimi, aksiyaları ardıcıl günlərlə davam etdi.

Dekabrın 3-dən etibarən isə, Qum, Əhvaz, Həmədan və Kirmanşahda başlayan mitinqlər 5, 6 və 7 yanvar tarixlərində də müxtəlif şəhərlərlə birlikdə, Məşhəd, Şiraz, İsfahan və Təbrizdə də davam etdi.

Düşmənin təxribatlarına cavab verən bu böyük və koordinasiyalı xalq hərəkatı, belə nizamlı, bəsirətli və bu qədər həyəcan olan bir formada heç bir yerdə rast gəlinməsə də, 40 ildir fasiləsiz mövcuddur. Bunlar, bir, iki və ya beş illik hadisələr deyil. Millətin xalq düşmənlərinə, İranın İran əleyhdarlarına və İslamın anti-İslamçılara qarşı apardığı mübarizədir. Bu, həmişə belə davam edib və bundan sonra da davam edəcək.

Düşmənin bütün bu 40 il ərzində apardığı isə İslam İnqilabına qarşı baş tutan əks-hücumlarıdır. İnqilab düşmənin ölkədən kökünü kəsdi və indi də onlar hər dəfə əks-hücumlar etməyə çalışır, ancaq daim məğlubiyyətə düçar olurlar. Səbəbi də bu müqavimətdir, xalqın yaratdığı bu milli birlikdir. Millətimiz bu dəfə də ABŞ, britaniyalı və londonlulara “edə bilmədiniz və edə bilməyəcəksizniz” cavabını verdilər.

Bu hadisələrdə bir üçbucağın fəaliyyətə başladığından bəhs edirik. Uzun müddətdir ki, bunun edilməsi üzərində işlər görülürdü. Bunlar dəqiq məlumatlara əsaslanır.

Süjet amerikalılar və sionistlər tərəfindən hazırlandı. Onlar bir neçə ay bunun üzərində işlədilər, kiçik şəhərlərdən başlamaq və sonra mərkəzə doğru irəliləməyi planlaşdırırdılar. Pullar Fars Körfəzinin çirkli zəngin olan dövlətlərin birindən gəldi. Aydındır ki, belə layihələrə pul lazımdır, amma amerikalılar nə qədər ki, bunlar (zəngin müttəfiqlər) var, heç nə xərcləməyə hazır olmayacaq”, - deyə ali dini rəhbər bildirib.

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei üçbucağın üçüncü - “öldürücü” tərəfini Xalqın Mücahidləri Təşkilatı yerlərdə olan nökərlərinin olduğunu bildirib:

"Xalqın həqiqi tələblərilə törədilən vəhşiliklər arasında fərq qoymalıyıq. Bayrağı yandırmağın, Quranı və İslamı təhqir etməyin xalqın tələblərilə heç bir əlaqəsi yoxdur. Son günlər baş verənlər haqqında təhlillər aparılır və hamısında ortaq mövqe budur ki, haqlı tələblərlə küçəyə çıxanlar və vəhşiliklər törədənlər ayrı-ayrı dəstələrdilər. Bir dəstə insan məhrum olduğu bir şey üçün çıxıb etirazını bildirir. Amma bundan istifadə efərək onlara qoşulub bayrağı yandırmaq, Quran və İslamı təhqir etmək, məscidə od vurmaq ayrı bir işdir. Bunları bir-birilə qarışdırmamalıyıq. Xalqa öz etiraz səsini bildirmək haqqı həmişə verilib. Bizə hər dəfə filan şəhərdə ya məntəqədə filan müəssisə, idarə yaxud parlament qarşısında camaatın etiraz etməsi məlumatı verilir. Heç kəs də onlarla sərt davranmır. Amma gərək onlar dinlənilə və problemlərinin həll edilə. Qəti olan budur ki, iğtişaş törədənlər idarə olunurdular. Baş verən hadisələrdə "üçlük" fəal idi. Kim idi onlar? Bunlar saxlanıların etirafı və həmçinin kəşfiyyat xidmətinin əldə etdiyi məlumatlardır. Amerika və sionistlər neçə aydır ki, İran haqqında bir plan üzrə işləyirdilər. Kiçik şəhərlərdən başlayıb böyük şəhərlərə və oradan paytaxta sirayət edən bir hərəkat üzrə işləyirdilər. Amma bunun üçün pul lazım idi ki, Amerika daha pul xərcləmək istəmir. Pulu körfəz ölkələri təmin etdilər. Üçüncü dəstə isə Mücahidini-Xəlq təşkilatldır. Terrorlar edən, adam öldürən münafiqlər. Neçə aydır təşkilatlanırlar. Özləri də bunu öz mətbuatlarında etiraf eirlər.

Amerikalılarla irtibatda olduqlarını, daxildə olan adamlarıla camaatı küçələrə çıxartmaq üçün danışıqlar apardıqlarını özləri bildirirlər.

"Bahaçılığa yox" şüarı ilə etirazlara başladılar. Bu elə bir şüardır ki, hamının xoşu gəlir. Camaat onlara qoşuldu. Camaat ki, onlara qoşuldu, camaatı öz məqsədlərinə qarşı yönləndirdilər. Bir tərəfdən "canım İrana fəda olsun" deyirdilər, digər tərəfdən bayrağı yandırırdılar. Şüursuzlar anlamırdılar ki, bu iki şey bir-birilə düz gəlmir. Ümumiyyətlə siz nə vaxt canınızı İrana qurban verməyə hazır olmusuz? Müharibə zamanı canını düşmən müqabilində sipər edən və 300.000 şəhid olanlar inqilabçı və hizbullahçı adamlar olublar. Siz o zaman harada idiz ki, indi canım İrana fəda olsun deyirsiz?

Amerika əsəb içindədir. Amma tək məndən yox. Sizdən, İran xalqından, İran dövlətindən ki, yenə məğlub oldu. İndi də Amerikanın dövlət məsulları deyir İran höküməti xalqından qorxur. Xalqdan niyə qorxmalıyıq? İran dövləti xalqdan yaranıb və xalqa məxsusdur. Sonra deyirlər İran dövləti Amerikadan qorxur. Əgər Amerikadan qorxuruqsa, necə oldu sizi 80-ci illərdə İrandan bayıra və indi də regiondan bayıra atırıq? Amerika rəhbərləri bunu bilsinlər ki, hədəfləri boşa çıxdı. Mümkündür yenə səy etsinlər. Amma bilsinlər ki, yenə başları daşa dəyəcək. Bilsinlər ki, bu neçə gündə bəzi zərərlər vurublar ki, intiqamını alacağıq. Amerikanın başında olan o zahirdə normal adam olmayan bilsin ki, bu nümayişkaranə dəlilikləri cavabsız qalmayacaq. Və həmçinin xaricdə və çox təəssüf daxildə olan Amerika sevərlər də bilsinlər ki, hökümət möhkəm dayanıb və Allahın lütfülə bütün çətinlikləri, problemləri və zəiflikləri aradan qaldıracaq.

Ali dini rəhbər insanların bu şəxslərin niyyətlərini biləndən sonra, ixtişaşçılardan özlərini kənarlaşdırdığını deyib. Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei İran xalqının ixtişaşlara müvafiq reaksiyasını vaxtında atılan addım kimi qiymətləndirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky