İslam Respublikasının Xəbərləri

İİR Xarici İşlər Nazirliyindən bir heyət Myanmaya gedəcək

  • News Code : 854054
  • Source : Deyerler İRNA-ya istinadən
Brief

Bəhram Qasımi: “Myanma rəsmilərinə deyildiyi kimi, İran humanitar yardımlarla yanaşı, bu məsələnin həlli üçün siyasi məsləhətləşmələrə də hazırdır. Biz Myanma və Banqladeş rəsmilərilə zorakılığın dayandırılması və məsələnin köklü həlli üçün mütəmadi təmaslarda olacağıq”,

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Myanmadakı müsəlmanlara qarşı zorakılığın dayandırılması ilə bağlı İran İslam Respublikasından bir heyətin bu ölkəyə gedəcəyini söyləyib.

Bəhram Qasımi həftəsonu xarici işlər nazirinin müavininin Banqladeşə gedərək, orada qaçqınlarla görüşəcəyini deyib: “İranın Tailanddakı səfiri və Myanmadakı akkreditə olunmuş səfiri Myanmada xarici işlər nazirinin müavini ilə görüşüb və İranın fikirlərini çatdıraraq, zorakılıqlara dərhal son qoyulmasını istəyib”.

Qasımi görüşdə İran İslam Respublikasının Myanma müsəlmanlarının vəziyyətindən narahatlığının çatdırıldığını və Myanma rəsmilərdən bir nümayəndə heyətinin bu ölkəni ziyarət etməsi və humanitar yardımların göndərilməsi üçün lazım olan icazələrin verilməsinin istənildiyini deyib.

İslam Respublikasının göndərəcəyi humanitar yardımların ilk hissəsi bu həftənin sonu Banqladeşə göndəriləcək və Kaks Bazar şəhərindəki 300 min myanmalı qaçqına çatdırılacaq.

“Myanma rəsmilərinə deyildiyi kimi, İran humanitar yardımlarla yanaşı, bu məsələnin həlli üçün siyasi məsləhətləşmələrə də hazırdır. Biz Myanma və Banqladeş rəsmilərilə zorakılığın dayandırılması və məsələnin köklü həlli üçün mütəmadi təmaslarda olacağıq”, - deyə Qasımi bildirib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky