İİR Atom Ölkəsinin Xəbərləri

İİR Nüvə Enerjisini zənginləşdirir, İsfahanda UF4 istehsal prosesinin icra əməliyyatı başlanıb

İİR Nüvə Enerjisini zənginləşdirir, İsfahanda UF4 istehsal prosesinin icra əməliyyatı başlanıb

İsfahan valisi: Bu obyektdə UF4 istehsalı üzrə yeni bölmənin dizayn və icra əməliyyatı başlandı. Belə ki, İranın nüvə enerjisi yanacağı istehsal edən digər bölmələrindən zənginləşdirilmiş UF6 bu bölməyə göndəriləcək və UF4 istehsal olunacaq.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İsfahanın UCF obyektində bazar ertəsi gecədən UF4 istehsal prosesinin icra əməliyyatı başlanıb.

İsfahan valisi Möhsün Mehrəlizadə bazar ertəsi gecə UCF obyektinə baxış keçirdikdən sonra jurnalistlərə deyib: Bu obyektdə UF4 istehsalı üzrə yeni bölmənin dizayn və icra əməliyyatı başlandı. Belə ki, İranın nüvə enerjisi yanacağı istehsal edən digər bölmələrindən zənginləşdirilmiş UF6 bu bölməyə göndəriləcək və UF4 istehsal olunacaq.

UF6 istehsal zavodu İsfahanın yanacaq istehsalı üzrə önəmli zavodlarından biridir. İranın nüvə sənayesinin önəmli hissəsi hesab olunur. Ötən həftə təxminən 9 ildən sonra istifadəyə verildi və ilk sarı tort bareli zavodun ehtiyat hissəsində boşaldıldı.

ABŞ-ın nüvə sazişində öhdəliklərinə yerinə yetirməməsi, İslam İnqilabının Böyük Rəhbərinin 4 iyunda nüvə sazişi çərçivəsində nüvə sənayesinin müəyyən hissələrinin istifadəyə verilməsinə dair qərarı və prezidentin göstərişi ilə bu zavodun istifadəyə verilməsi İranın Atom Enerjisi Təşkilatının iş gündəminə keçdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky