İran İslam Respublikası Xəbərləri

İİR-ın qərbində baş vermiş 7.3 bal gücündə zəlzələdə 445 insan həlak olub 7100 nəfər yaralanıb

İİR-ın qərbində zəlzələdən xəsarət alanların sayı 7100 nəfəri keçmək üzrədir. Həlak olanların sayı isə, 445 nəfəri ötür.

  • News Code : 866643
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Məlumata görə, qeyd olunan zəlzələ qonşu ölkələrdə o cümlədən İraqda, Suriyanın şərq, Türkiyənin cənub şərq, Ermənistan və Azərbaycanın Talış bölgəsində də hiss olunub.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam respublikasının qərb nahiyyəsində yerləşən Kermanşah rayonunda 7.3 bal gücündə zəlzələ baş verib. Tehran vaxtı ilə 21:00 radələrində baş verən zələlədən sonra İran İslam Respublikası ilə, İraq arasındakı sərhəd bölgələrdə 4.6 bal gücündə dəfələrlə yeraltı təkanlar baş verib.

Zəlzələ İran İslam Respublikasının qərb və şimal əyalətlərində o cümlədən Həmədan, Ərak, Zəncan, Əhvaz, İlam, Sənəndəc, Kermanşah, Təbriz, Urmiyə, Ərdəbil, Astara və s. şəhərlərində də müşahidə olunub.

Baş vermiş zəlzələdə bu günə kimi xeyli sayda insan həyatını itirib. Belə ki, İİR-ın qərbində zəlzələdən xəsarət alanların sayı 7100 nəfəri keçmək üzrədir. Həlak olanların sayı isə, 445 nəfəri ötür.

Məlumata görə, qeyd olunan zəlzələ qonşu ölkələrdə o cümlədən İraqda, Suriyanın şərq, Türkiyənin cənub şərq, Ermənistan və Azərbaycanın Talış bölgəsində də hiss olunub.

Qeyd edək ki, Rusiya prezidenti başda olmaqla bir çox ölkə rəhbərləri cənab Ruhaniyə başsağlığı verərək yardım etməkə hazır olduqlarını elan ediblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky