İran İslam Respublikası

İİR erməni daşnaqlarının Dağlıq Qarabağda "referendum" keçirilməsini doğru saymır

  • News Code : 812301
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Tehranın Bakıdakı səfirliyi: "İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi olduqca aydın və şəffafdır".

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan qondarma “referendum”a  münasibət bildirib.

İİR səfirliyinin mətbuat xidmətinin rəhbəri bildirib ki, İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində həllinin tərəfdarıdır: "İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi olduqca aydın və şəffafdır".

Məmmədrza Nəcəfi daha sonra bildirib: “Biz “Dağlıq Qarabağ”ı müstəqil bir respublika olaraq tanımır, buna görə də həmin ərazidə keçirilən "referendum"u, sülh və təhlükəsizliyi təhdid edə biləcək hər hansı bir addımı doğru saymırıq. Bu münaqişənin tezliklə sona çatması və regionda sülh və təhlükəsizliyin hakim olmasına ümid edirik.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky