İran İslam Respublikası

İİR-da Şəhid Vaqif Abdullayev və Qarabağ şəhidlərinin xatirəsi anılıb - Foto

Qum şəhərində keçirilən anım tədbirində İslamçı məhbuslarla həmrəylik bəyanatı səsləndirilib.

  • News Code : 842536
  • Source : Nur-Az
İmamzadə Şah Seyid Əli məqbərə kompleksinin iclas salonunda keçirilən tədbirdə Ayətullah Ramazani çıxış edib. O, dünyada və Azərbaycandakı ictimai-siyasi durumdan danışıb, Hicab Şəhidi Vaqif Abdullayev və Qarabağ şəhidlərinə Allahdan rəhmət diləyib. Eyni zamanda xarici qüvvələrin, Azərbaycan xalqının bədxahlarının təzyiqi ilə Azərbaycan Respublikasında dini cameəyə qarşı basqıları da pisləyib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 15 iyul 2017-ci il tarixində Müqəddəs Qum şəhərində Nur Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə azərbaycansevərlər bir araya gəlib. Azərbaycan Respublikasının İslam və hicab yolunda, Qarabağ uğrunda şəhadətə çatmış qəhrəman insanları yada salınıb, İslamçı məhbuslarla həmrəylik bəyantı səslənib.

Tədbir İmamzadə Şah Seyid Əli məqbərə kompleksinin iclas salonunda keçirilib. Mərasimdə Ayətullah Ramazani çıxış edib. Tanınmış din alimi dünyada və Azərbaycandakı ictimai-siyasi durumdan danışıb, Hicab Şəhidi kimi tanınan Vaqif Abdullayevi yada salıb, Qarabağ şəhidlərinə Allahdan rəhmət diləyib. Natiq xarici qüvvələrin, Azərbaycan xalqının bədxahlarının təzyiqi ilə Azərbaycan Respublikasında dini cameəyə qarşı basqıları pisləyib, müsəlman bir xalqın xoşbəxtliyinin dini dəyərlərə bağlılıqla şərtləndiyini vurğulayıb.

Tədbirdə Əhli-beyt məddahı Şalbafan da iştirak edib. Cənab Şalbafan öz çıxışı ilə şəhid və məhbus ailələri ilə həmdərdlik fəzası yaradıb.

Tədbirə yüzlərlə azərbaycansevər toplanıb. Məclisin qonaqları arasında Almaniyadan hacı Səfər Ulus da iştirak edib. Qonaqlar da Azərbaycan müsəlmanları ilə həmdərd olduqlarını ifadə edib.

Mərasim cəmiyyət namazı ilə davam edib, namazdan sonra ehsan süfrəsi açılıb.

Qeyd edək ki, İslam Partiyasının saxta ittihamlarla 11 il azadlıqdan məhrum edilmiş sədr müavini hacı Vaqif Abdullayev 12 iyul 2012-ci ildə həbsxanada şəhadətə çatıb.

Qarabağ müharibəsində 1991-1994-cü illərdə döyüş əməliyyatlarında 11557 Azərbaycan hərbçisi şəhid olub və itkilər bu gün də davam edir.

Azərbaycanda Siyasi məhbusların vahid siyahısında 147 məhbusdan 97 nəfəri inanclıdır. Bu siyahı tərtib ediləndən sonra da həbs edilən dindarlar var.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky