İran İslam Respublikası

General Səlami: Əgər avropalılar daxili işlərimizə qarışarlarsa, raketlərimizin uçuş məsafəsini artıracağıq

Müqavimət Hərakatının İŞİD üzərində qazanığı qələbəsi ABŞ və sionist rejiminin cızdıqları mənfur planları alt-üst etdi.

General Səlami: Əgər avropalılar daxili işlərimizə qarışarlarsa, raketlərimizin uçuş məsafəsini artıracağıq

General Mayor Hüseyn Səlami: “Bu günə kimi biz raketlərimizin vurma məsafəsini 2000 km-də saxlamışıq və bundan artıq getmirik. Bu bizim texniki çatışmamazlığımızdan irəli gəlmir. Çünki bizim raketlərimizin vurma məsafəsi ilə bağlı özümüzə məxsus məntiqimiz vardır. Buna görə də, avropalılar anlamalıdırlar, əgər bizim daxili işlərimizə qarışarlarsa biz raketlərimizin vurma məsafəsini artıracağıq.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam İnqilabının Keşikçiləri Korpusunun - Sepahın komandan əvəzi General Mayor Hüseyn Səlami dünən axşam Qum şəhərində etdiyi çıxışında Müqavimət Hərakatının İŞİD üzərində qazanığı qələbəsi ilə, ABŞ və sionist rejiminin Yaxın Şərq ölkələri üçün cızdıqları mənfur planlarının alt-üst olduğuna işarə edərək deyib: “Artıq, indi İslam Dünyasıdır ki, Amerikada gedən gedişatlarda dəyişiliklər edəcəkdir.”

Sepahın komandan əvəzi İslam Respublikasının istehsal etdiyi müdafiə xarakterli raketlərinin qüdrətli olmasının əhəmiyyətinə işarə edərək deyib: “Bizim müdafiə qüdrətimiz və istehsal etdiyimiz raketlər diplomatiya gücümüzün, istiqlal və təhlükəsizliyimizin zaminidir. Bu zəminədə heç zaman müzakirə stolu arxasına keçməyəcəyik. Çünki əgər müzakirə etsək yəni təslim olmuşuq deəkdir. Və bu da düşmən üçün müharibə etmədən qələbə əldə etməkdir.”

General Mayor Hüseyn Səlami daha sonra sözlərinə artıraraq deyib: “Bu günə kimi biz raketlərimizin vurma məsafəsini 2000 km-də saxlamışıq və bundan artıq getmirik. Bu bizim texniki çatışmamazlığımızdan irəli gəlmir. Çünki bizim raketlərimizin vurma məsafəsi ilə bağlı özümüzə məxsus məntiqimiz vardır. Buna görə də, avropalılar anlamalıdırlar, əgər bizim daxili işlərimizə qarışarlarsa biz raketlərimizin vurma məsafəsini artıracağıq.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky