Allah Ordusundan Açıqlama

General-mayor Hüseyn Səlami: “Düşmənin bütün maraqları atəş hədəfimizdədir”

General-mayor Hüseyn Səlami: “Düşmənin bütün maraqları atəş hədəfimizdədir”

General-mayor Hüseyn Səlami keçirilən bir toplantıda etdiyi çıxışında, bu gün müsəlmanların imperialistlərin İslam torpaqları üzərindəki siyasi, iqtisadi və hərbi hökmranlığına son qoymaq və dünyanı xilas etməkdə qərarlı olduqlarını deyib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam İnqilabı Keşikçiləri ordusunun baş komandanının müavini general-mayor Hüseyn Səlami bir toplantıda etdiyi çıxışında, bu gün müsəlmanların imperialistlərin İslam torpaqları üzərindəki siyasi, iqtisadi və hərbi hökmranlığına son qoymaq və dünyanı xilas etməkdə qərarlı olduqlarını deyib.

Məlumata görə, general-mayor Hüseyn Səlami bu səbəbdən Fələstin, Livan, Suriya, İraq, Əfqanıstan, Pakistan, Yəmən, Hicaz, Misir və digər İslam torpaqlarında müsəlmanların qəlblərinin bir döyündüyünü və vahid İslam ümməti formalaşmaqda olduğunu vurğulayıb.

“Bu gün İranda bütün yollar düşmənin üzünə bağlıdı və düşmənin bütün maraqları İranın atəş hədəfindədir”, - deyə iranlı general bildirib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky