Zərif:

Dünya ABŞ-ın anti-İran sanksiyalarına boyun əymək istəmir

Dünya ABŞ-ın anti-İran sanksiyalarına boyun əymək istəmir

İran İslam Respublikasının xarici işlər naziri dünyanın ABŞ-ın İrana qarşı sanksiyalarına boyun əymək istəmədiyini bildirib və deyib: Bu gün müxtəlif ölkələr bu sanksiyalar qarşısında dayanmağa çalışırlar.

Məhəmməd Cavad Zərif bu gün jurnalistlər qarşısında ABŞ-ın etibarsız bir ölkə olduğunu deyərək, əlavə edib: ABŞ prezidenti Donald Trampın müzakirəylə bağlı iddiasının diqqətə layiq olmadığı kimi, onların İrana təzyiqlə bağlı iddialarına da əhəmiyyət verməmək lazımdır.

Zərif həmçinin deyib: Amerikalılar heç vaxt İran ilə müzakirədə sədaqətli olmayıblar. Və Trampın İran ilə müzakirə təklifi sırf təbliğat xarakteri daşıyır.

İran İslam Respublikasının xarici işlər naziri əlavə edib: Trampın İran xalqı ilə düşmənçiliyinə dəlalət edən faktlardan biri ABŞ prezidentinin İrana qarşı bərpa etdiyi ilk sanksiyanın sərnişin təyyarələrinə qarşı olmasıdır.

Zərif daha sonra İranın nüvə anlaşmasına dair avropalılar ilə müzakirələri və Avropanın bu xüsusda gördüyü işlər haqda da deyib: Avropalılar sadəcə siyasi iradə nümayiş etdirməklə kifayətlənməməlidirlər. Onlar nüvə anlaşmasının davam edə bilməsinin xərcini ödəməlidirlər.

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü bir fərman imzalayaraq, İrana qarşı nüvə sanksiyalarının bir hissəsini bərpa edib. İlkin mərhələdə bərpa edilən sanksiyalar avtomobil sənayesi və qızıla qarşı olub.
..............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky