Əlaqələr

Bakıda İİR və Azərbaycan prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto

Bakıda iki qardaş ölkə başçılarının nümayəndə heyətləri arasında geniş tərkibdə görüş olub.

Bakıda İİR və Azərbaycan prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto

Qeyd edək ki, bu gün martın 28-də Bakı vaxtı ilə saat 17:00 radələrində İran İslam Respublikasının prezidenti Doktor Həsən Ruhani cənabları Azərbaycan Respublikasına səfər edib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin nümayəndə heyəti ilə Azərbaycan prezidenti İlham Əliyevin nümayəndə heyəti arasında geniş tərkibdə görüşü olub.

Qeyd edək ki, bu gün martın 28-də Bakı vaxtı ilə saat 17:00 radələrində İran İslam Respublikasının prezidenti Doktor Həsən Ruhani cənabları Azərbaycan Respublikasına səfər edib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini qarşılayıb.

İran İslam Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladıqdan sonra İİR və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Həsən Ruhaniyə, İran İslam Respublikası nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunduqdan sonra fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Daha sonra İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky