Bəzi ABŞ bankları İrana qarşı maliyyə sanksiyalarına yox dedilər

Bəzi ABŞ bankları İrana qarşı maliyyə sanksiyalarına yox dedilər

Amerikanın iki əsas bankı İranın əlinin beynəlxalq maliyyə bazarlarından üzülməsi əməliyyatına sadiq qalmayacaqlarını bildiriblər.

Vaşinqton Fri Biken qəzeti yazıb: Amerikanın iki aparıcı bankı İranın beynəlxalq maliyyə bazarından istifadə imkanının kəsilməsi əməliyyatına sadiq qalmayacaqlar. Halbuki bu Amerikanın İrana qarşı növbəti sanksiyalarının özülünü təşkil edir. Bu kimi mövqelər 4 noyabr Amerikanın İrana qarşı yeni sanksiyalarının icrasına başlanması ərəfəsində  Amerika rəsmilərini Avropa ölkələri və İranın regional müttəfiqlərinin həmin sanksiyalardan yan keçmələrinə dair nigaran edib.

Amerikanın GP Morqan və Siti Benk kimi məşhur maliyyə müəssisələri Suift maliyyə şəbəkəsində də fəaldırlar. Bu şəbəkə beynəlxalq səviyyədə pul köçürmələri təmin edir.

Bu iki maliyyə fondu İranın Suift şəbəkəsindən istifadəsini kəsmək niyyətində olmaları barədə Fri Bikenin verdiyi suala cavab verməkdən çəkiniblər.

Hər iki bank Suift və onun üzvlərinin yeni sanksiyalara sadiq qalıb-qalmamasında əsas rola malik ola bilərlər. Bu sanksiyalar İranın mərkəzi bankını və əsas infrastruktur şəbəkələrini hədəfə alır. Amerikanın yüksək səviyyəli rəhbərləri və Konqres başçıları dünya banklarına o sıradan da Amerikadakı banklara İranın Suift vasitəsi ilə beynəlxalq maliyyə sistemini yolunu bağlamaları üçün təzyiq göstərməkdədirlər.
...........
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky