Azərbaycan və İran arasında Astaraçay sərhədinin möhkəmləndirilməsi üzrə anlaşma sənədi imzalanıb

 Azərbaycan və İran arasında Astaraçay sərhədinin möhkəmləndirilməsi üzrə anlaşma sənədi imzalanıb

Azərbaycanın Lənkəran və İranın Astara sərhəd bölmələri arasında Astaraçay sərhəd xəttinin beton divarla möhkəmləndirilməsinə dair anlaşma sənədi imzalanıb.

İran Astarasının sərhəd zastavasının rəisi polkovnik Nozər Muradi çərşənbə axşamı İran və Azərbaycan sərhədçilərinin birgə iclasından sonra deyib: İki tərəf arasında imzalanmış anlaşmaya əsasən gələn həftədən etibarən Astaraçay sərhəd xətti boyunca 600 metr uzunluğunda beton divarın çəkilməsinə başlanacaq. 

Bu məlumata görə, daha öncə Astaraçay sərhəd xətti boyunca 1.8 km uzunluğunda beton divar çəkilib. İndi, 600 metr uzunluğunda əlavə beton divarın çəkilməsi ilə Astaraçay sərhəd xəttinin möhkəmləndirilməsi üçün çəkilən beton divarın ümumi uzunluğu 2.4 km-ə çatacaq. 

İran Astarasının sərhəd zastavasının rəisi həmçinin deyib: Bağçasaray, Xoşke Dəhəne və Cəlalabad sərhəd kəndlərinin əkin əraziləri və yaşayış məntəqələrinin sel və daşqın təhdidi ilə üz-üzə olmasını nəzərə alaraq, ötən il bu problemi aradan qaldırmaq üçün dörd nöqtədə çayın dibi lildən təmizlənib. 

Muradi həmçinin deyib: Astara sərhəd xəttinin tam təhlükəsizliyi sərhəd sakinləri və sərhədçilər arasındakı qarşılıqlı anlaşma və əməkdaşlığın nəticəsidir. 

Uzunluğu 38 km olan Astaraçay Astara şəhəri ərazisində İran və Azərbaycan arasındakı dövlət sərhədi hesab olunur. Astara şəhəri çayın mənsəbində yerləşir və çay Xəzər dənizinə tökülür.

.............

300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky