İran İslam Respublikası

Ayətullah Siddiqi: "Azərbaycanda da xalqın məzhəbi mərasimlərini qeyd etməyə icazələri yoxdur."

Tehranın İmam-cüməsi: İslam alimləri hansı günaha görə saxlanılır?

  • News Code : 841016
  • Source : İslamAzeri “Farsnews”-a istinadən
Brief

Ayətullah Siddiqi: “Ayətullah Zəkzaki hansı günaha görə həbs olunub? Azərbaycan alimləri hansı günaha görə saxlanılır? Bu məsələlər hüquqi çərçivədə araşdırılmalıdır.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tehranın bu həftəki Cümə Xətibi Ayətullah Kazım Siddiqi olub.

Ölkənin bəzi məmurlarının səbirsizliyindən söz açan imam-cümə deyib: “Çox təəssüf ki, bəzi məmurlar cavab vermək üçün kiminsə nəsə deməsini gözləyirlər. Səbirləri yoxdu, tez cavabını verir ya da işdən uzaqlaşdırırlar. Şəhid Beheşti belə deyildi. İndi Beheşti kimisi varmı? Nələri itirdiyimizdən xəbərdar deyilik.”

Yəmən xalqının böhranlı vəziyyətinə və Səudiyyə rejiminin Şiələrə qarşı törətdiyi cinayətlərinə də toxunan də işarə edən imam-cümə deyib: “Ali-Səud, Ali-Xəlifə və Trampın gəlişi ilə zülm bıçaqlarını daha da itiləyən ABŞ-a lənət göndəririk! Yəmən xalqı iqtisadi, hərbi baxımdan ən çətin şəraitdə yaşayırlar. Həyatları təzyiq altındadır. Ölkə viran olmaq üzrədir, insaniyyət basdırılıb, insan haqları təşkilatları saxta və zalıma dəstək verir. Biz onları lənətləyir və hamını məzlum Yəmən xalqına dəstək verməyə çağırırıq. Bizim S.Ərəbistanının daxilindən xəbərimiz yoxdur. Xəbərimiz yoxdur ki, bu rejim ABŞ-ın dəstəyi ilə şiə bölgələrində hansı cinayətlərə əl atırlar.”

Azərbaycanda və Nigeriyada dövlət səviyyəsində Şiəliyə qarşı aqressiv addımların atılmasına da işarə edən Ayətullah Siddiqi deyib: “Azərbaycanda da xalqın məzhəbi mərasimlərini qeyd etməyə icazələri yoxdur. Heç bir ölkədə mərasimlərlə bağlı bu qədər məhdudiyyət yoxdur. Kafir ölkələrdə də bunu etmirlər. Belə olan halda insan haqları təşkilatları sakit qalıblar. Heç kim səsini çıxarmır, heç kim addım atmır. Beynəlxalq cinayətləri araşdırmaq ədliyyə qüvvəmizin işlərindəndir. Ayətullah Zəkzaki hansı günaha görə həbs olunub? Azərbaycan alimləri hansı günaha görə saxlanılır? Bu məsələlər hüquqi çərçivədə araşdırılmalıdır.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky