İlahi İncilərin Nur Sil-Siləsi

Ayətullah Nuri Həmədani cənablarının Bəhreyn xalqına mesajı

  • News Code : 817767
  • Source : Deyerler
Brief

Ayətullah Nuri Həmədani başda İslam ölkələri olmaqla, bütün beynəlxalq cəmiyyətdən Bəhreyn rejiminin zorakılıq və zülmünə qarşı səssiz qalmamağı və məzlum Bəhreyn xalqını müdafiə etmələrini istəyib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şiə Dünyasının böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Hüseyn Nuri Həmədani məzlum Bəhreyn xalqına müraciət edərək, birlik və bərabərlik içində Bəhreyn rejiminə qarşı dayanmaları və müqavimət göstərmələrini istəyib.

Ayətullah Həmədani martın 13-də paylaşdığı mesajında, Bəhreyn xalqının son illərdə ədalətin icrası və azadlıq kimi, ən fundamental hüquqları uğrunda, bu ölkənin tanınmış alimlərindən Ayətullah İsa Qasımın mübarizə apardığı üçün Bəhreyn rejimi tərəfindən zorakılıq və təzyiqə məruz qaldığını bildirib. Ayətullah Həmədani bu istiqamətdə xeyli sayda bəhreynlinin öldürüldüyünü və həbsxanaya atıldığını xatırladıb.

Əhli-Beytin (ə) böyük mərcəyi-təqlid alimi Bəhreyn xalqını dəstəklədiyini bildirərək, Ayətullah İsa Qasıma qarşı zorakılıqları qınayıb. Ayətullah Nuri Həmədani başda İslam ölkələri olmaqla, bütün beynəlxalq cəmiyyətdən Bəhreyn rejiminin zorakılıq və zülmünə qarşı səssiz qalmamağı və məzlum Bəhreyn xalqını müdafiə etmələrini istəyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky