İraqçı:

Amerikaya qarşı şikayət İranın haqq olduğunu sübut etmək üçündür

Amerikaya qarşı şikayət İranın haqq olduğunu sübut etmək üçündür

İranın xarici işlər nazirinin müavini deyib: Amerikaya qarşı şikayət sadəcə İranın haqlı olduğunu beynəlxalq ictimaiyyətə sübut etmək üçündür və İran İslam Respublikası indiyədək öz öhdəliklərinə sadiq olub və öhdəliyini pozan tərəf Amerikadır.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Abbas İraqçı İranın Amerikaya qarşı beynəlxalq Haaqa məhkəməsinə şikayət etməsi barədə deyib: Amerika ilə 1955-ci ilin razılaşmasına əsasən bu ölkəyə qarşı bir şikayət Haaqa məhkəməsinə təqdim olunub. Ona gərə ki,ABŞ-ın İrana qarşı sanksiyaları sözü gedən razılaşmaya ziddir.

Amerikanın nüvə sazişindən birtərəfli qaydadan çıxmasından sonra Amerika İrana qarşı sanksiyaları bərpa edib və bu 1955-ci il iki ölkə arasında dostluq müqaviləsini pozur. İran bu əsasda Haaqa məhkəməsinə ABŞ-a qarşı şikayət təqdim edib.

Haaqa məhkəməsinin İranın şikayəti ilə əlaqədar ilk iclası avqustun 27-də keçirildi.

İranın xarici işlər nazirinin müavini deyib: İranın siyasəti regionun bəzi rejimləri istisna olmaqla dünya ölkələri ilə qarşılıqlı əlaqələrə yönəlib və Amerikanın cəhdlərinin puça çıxarıldığını nəzərə alaraq şərayit tələb edir ki, Amerikanın siyasətləri əleyhinə ümumdünya təşəbbüs həyata kçsin.
..............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky