Zərif:

ABŞ xalqı rəhbərlərinin ədalətsizliyindən bezib

ABŞ xalqı rəhbərlərinin ədalətsizliyindən bezib

İran xarici işlər naziri Birləşmiş Ştatlar xalqının rəhbərlərinin korrupsiyası, ədalətsizliyi və səlahətsizliyindən bezdiyini və dünyanın onların səsini eşitdiyini bəyan edərək bildirib: İran İslam Respublikası Birləşmiş Ştatlar hökumətinin aksiyaçıları repressiya və həbs etmək, miqrantları ailələrindən ayırmaq və onların uşaqlarını həbs etmək üzrə əbəs siyasətlərini pisləyir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibinin son bir nençə gündə öz Twitter səhifəsində İran əleyhinə iddiaları və ittihamlarına reaksiyada Amerika Birləşmiş Ştatları hökumətinin öz vətəndaşlarının ehtiyatlarını məhv etdiyini bildirərək əlavə edib: ABŞ hökumətinin İraq və Əfqanıstandakı ekspansionist siyasətləri, "İsrail"i  və regionda terrorizmi dəstəkləyən rejimləri kor-koranə şəkildə dəstəkləməsi və ya onların nüvə cəbbəxanasını əbəs yerə genişləndirməsi ABŞ xalqının problemləri və çətinliklərinin artmasına səbəb olan amillərdəndir.

Zərif son günlər ərzində Birləşmiş Ştatlarda etirazların davam etməsindən kimsənin təəccüblənməməsini bəyan edərək bildirib: ABŞ xalqı öz ölkə rəsmilərindən istəyirlər ki, ölkənin ehtiyatlarını vətəndaşların qanuni ehtiyaclarına xərcləsinlər. Belə ki, dünyanın ən varlı ölkəsində 40 milyon amerikalı yoxsulluq səviyyəsindən aşağı səviyyədə yaşamasın.
................
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky