İslam Respublikası Xəbərləri

ABŞ-ın rəzil siyasəti iflasa uğradı, Qasemi: İranın Yəməndəki səfirliyində yanğın baş verməyib

  • News Code : 871011
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Bundan öncə Skay Nyus telekanalı bu gün səhər yerli mənbələrə istinadla İran İslam Respublikasının Yəmənin paytaxtındakı səfirliyində yanğının baş verməsindən xəbər vermiş və bildirmişdi ki, bu yanğın Sənadakı son döyüşlərin ardınca baş veribdir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın Yəmənin paytaxtı Səna şəhərindəki səfirliyində hər cür yanğının baş verməsini təkzib edib və bildiribdir ki, Yəməndə heç bir iranlı diplomat yoxdur.

Bundan öncə Skay Nyus telekanalı bu gün səhər yerli mənbələrə istinadla İran İslam Respublikasının Yəmənin paytaxtındakı səfirliyində yanğının baş verməsindən xəbər vermiş və bildirmişdi ki, bu yanğın Sənadakı son döyüşlərin ardınca baş veribdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Fars xəbər agentliyi ilə müsahibədə İranın Sənadakı səfirliyində yanğının baş verməsinə dair xəbərləri rədd edərək, əlavə edib: “Ötən iki gün ərzində Sənada, İran səfirliyinin yerləşdiyi məntəqədə döyüşlər gedib, amma İran səfirliyinə qarşı bir təcavüz baş verməyibdir. Bundan əlavə İranın Yəməndəki səfirliyində yanğının baş verməsi barədə iranlı rəsmilərə heç bir məlumat təqdim olunmayıbdır.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky